I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

2 İyun 2022 10:31

Xəbər 41 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 4-5-də I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.DİM-dən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.Abituriyentlər mayın 27-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında imtahana buraxılış vərəqəsini çap edə bilirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.DİM abituriyentlərin bir daha nəzərinə çatdırır ki, imtahan saat 11:00 da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

 

7-ci Beynəlxalq Sosial Elmlər Konqresi yekunlaşıb

ADA Universitetində işə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-də Şuşa paneli ilə yekunlaşıb.Konqres iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.Sonra Şuşa Realnı Məktəbinin önündə Konqresin bağlanış mərasimi keçirilib. Konqres Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.Bağlanış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edib.Rektor Hafiz Paşayev Konqresin məhz Şuşada yekunlaşmasının önəmindən, məsuliyyətindən söhbət açaraq bu tədbirin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə yüksək ehtiramın ifadəsi olduğunu deyib. ADA Universitetinin rektoru çıxışında Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bəhs edərək regionda cərəyan edən proseslərdə iki ölkənin fəal rol oynadığını vurğulayıb.Konqresin yekun tədbirində, həmçinin İstanbul Mədəniyyət Universitetinin nümayəndələri İhsan Fazlıoğlu və Zəhra Bilgin, Tokat Qaziosmanpaşa Universitetinin rektoru Bünyamin Şahin, Mərmərə Universitetindən Ömər Türkər və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov çıxış ediblər.Sonda Cıdır düzünə gələn Konqres iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini anıb, onlara Allahdan rəhmət diləyib, ruhlarına dualar oxuyublar.xeber100.com  

İyun 4, 2022 19:53

2022-2023-cü tədris ili üçün şagird qəbulu aparılır

Lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesi davam edir.Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu sy.edu.az portalı üzərindən iyunun 9-dək aparılacaq. Valideynlər qeyd edilən portal üzərindən övladının “Şəxsi kabinet”i vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar. İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədilə tapşırıqlar təqdim ediləcək. Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir: • 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün); • 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün); • 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün); • 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).xeber100.com

İyun 2, 2022 10:33

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qeydiyyat davam edir

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, mayın 11-i saat 10:00-a olan məlumata görə, 975 bakalavr (Azərbaycan bölməsi 893, rus bölməsi 82) ərizəsini təsdiq edib.Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 17-si saat 23:59-dək internet vasitəsilə aparılır.2022-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan və xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Qəbul imtahanının ikinci cəhdi mayın 29-da keçiriləcək.xeber100.com

May 11, 2022 12:54

“Biz Şuşadan danışırıq” videohekayə müsabiqəsinə start verilir

Təhsil Nazirliyi media nümayəndələri üçün “Biz Şuşadan danışırıq” videohekayə müsabiqəsinə start verir. Videohekayə müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında, Nazirlər Kabinetinin “Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq olunması barədə sərəncamlarına və Təhsil Nazirliyinin bununla bağlı müvafiq planına uyğun olaraq həyata keçirilir.Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirməkdir.Üç nominasiya - ən yaxşı süjet, ən yaxşı videoreportaj, ən yaxşı videomüsahibə üzrə keçirilən müsabiqəyə dair tələblər aşağıdakılardır: - Müsabiqədə media nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən videolar 3 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 27-dək [email protected] ünvanına göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Biz Şuşadan danışırıq” ön sözü ilə başlamalıdır. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin sertifikatı və hədiyyələr təqdim olunacaq.xeber100.com

Aprel 27, 2022 09:54

Ali təhsil müəssisələrinə ərizə qəbulu prosesi davam edir

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə yenidən aktiv edilmiş ərizə qəbulu prosesi davam edir.Dövlət İmtahan Mərkəzinin məlumatına görə, aprelin 19-da saat 11:35-ə olan məlumata görə, 98 min 533 nəfər (Azərbaycan bölməsi - 90 min 225 nəfər, rus bölməsi - 8 min 308 nəfər) ərizəsini təsdiqlədib.Xatırladaq ki, qeydiyyat daha əvvəl martın 4-17-də aparılıb. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi aprelin 6-dan yenidən aktiv edilib. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər aprelin 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər. -Bu il buraxılış imtahanı vermiş, lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları; -Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər. Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.xeber100.com  

Aprel 19, 2022 10:21

Dövlət İmtahan Mərkəzi: Hazırlıq kurslarına qeydıyyat aparılır

Dövlət İmtahan Mərkəzində (DİM) kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil olunacaq.DİM-dən bildiriblər ki, qeydiyyat aprelin 20-si saat 23:59-dək aparılır. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji istiqamətdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və magistrantları iştirak edə bilərlər.Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatı DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Bu iştirakçılar müqavilə əsasında ekspert və ya marker kimi DİM-lə əməkdaşlığa cəlb olunaсaqlar.xeber100.com

Aprel 11, 2022 10:43

Test imtahanı verəcək namizədlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 10-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanı keçirilir.DİM-dən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir: -şəxsiyyəti təsdiq edən sənədin əsli; -“İmtahana buraxılış vərəqəsi”; -“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).xeber100.com  

Aprel 10, 2022 10:43