II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019” açılıb

6 Noyabr 2019 12:24

Xəbər 112 dəfə oxunub

Noyabrın 6-da Bakı İdman Sarayında II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019” açılıb.Azərtac xəbər verir ki, açılış mərasimində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə sərginin əhəmiyyətindən söz açaraq sərgidə İranın ən tanınmış şirkətlərinin iştirak etdiyini nəzərə çatdırıb.Son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışan səfir bu əməkdaşlıqdan hər iki ölkənin mənfəət götürəcəyinə əminliyini vurğulayıb.Sərgi noyabrın 8-dək davam edəcək.xeber100.com

OPEC Nazirlər Şurasının 179-cu iclası keçirilir

İyunun 6-da OPEC Nazirlər Şurasının videokonfrans formatında 179-cu iclası keçirilir.Azərtac xəbər verir ki, Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkabın sədrliyi ilə baş tutan iclas canlı yayımlanır. İclasda qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları və hasilatın azaldılması öhdəliklərinin icrası müzakirə edilir.Bakı vaxtı ilə saat 18:00-dan daha sonra isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 11-ci videogörüşü keçiriləcək. Görüşdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.İclasda “OPEC+” üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra da uzadılması məsələsinə baxılması və müvafiq sazişin imzalanması nəzərdə tutulur.Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.xeber100.com    

İyun 6, 2020 21:16

Marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək

Rayonlararası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək.Azərtac xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.O bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tövsiyələrinə əsasən avtobuslar hazır vəziyyətə gətirilib. Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyulan məhdudiyyəti ləğv edən zaman avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar səfərlərə tam dolu şəkildə çıxmayacaq. İstirahət üçün nəzərdə tutulan yerlərdə DANX-ın müfəttişləri də olacaq, onlar 3 saat müddətindən çox səfər edən avtobusların sərnişin və heyətinin həmin istirahət mərkəzində asudə vaxtlarının təmin edilməsinə nəzarət edəcəklər.N.Allahyarovanın sözlərinə görə, avtobusların salonu həmin müddətdə tamamilə boşaldılacaq, təmizlik işləri aparılacaq. Bununla yanaşı, heç bir sərnişin maskasız avtobusa buraxılmayacaq. İlkin olaraq maskasız sərnişinlər avtovağzal və avtostansiyalarda maska ilə təmin ediləcək. Ancaq sonradan sərnişinlər özləri qaydalara riayət edərək maska ilə gəlməlidirlər.DANX-ın nümayəndəsi qeyd edib ki, avtobuslarda qiymət artımının olmamasına da xüsusi nəzarət ediləcək.xeber100.com

İyun 3, 2020 14:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 25-27° isti, Bakıda gecə 20-22°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 30-35° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti olacağı ehtimalı var.Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 25-30° isti, dağlarda gecə 18-20°, gündüz 21-26° isti olacağı bildirilir.xeber100.com  

İyun 3, 2020 14:39

“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.Qumrunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı abonentlər dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat verə bilərlər.Bundan başqa, (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlar göndərilə bilər. Bayram günlərində əsasən müştəri xidmətlərinə də ehtiyac çox duyulduğu üçün bu sahədə tədbirlər proqramı hazırlanıb. Beləliklə, bölgələrdə xidmət 25, 26, 27, 28, 29, 30 və 31 may tarixlərində səhər saat 10:00-dan saat 17:00-dək “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi rayonlardakı “Azəriqaz” İB-nin qaz xidmət sahələrində göstəriləcək. Məsələn, Quba rayonundakı “ASAN xidmət” mərkəzi bayram günlərində işləmirsə, müştəri xidmətinə dair suallarını vətəndaşlar elə Quba rayonundakı qaz xidmət sahəsinə ünvanlıya bilərlər.Bakı və ətraf ərazilərdə isə bir neçə gün əvvəl xəbər verildiyi kimi müştəri xidmətlərinin göstərilməsi may ayının 24, 25, 26, 27, 28, 29, 30 və 31-də Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim ediləcək.Bayram həftəsində abonentlərin müştəri xidmətləri üzrə aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq: itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi.xeber100.com

May 23, 2020 20:48