Martın 5-də Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Cibuti Respublikasının Xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşüb.
XİN-nin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Cibuti arasında ikitərəfli siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında xüsusilə iqtisadi, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüş zamanı, nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycana, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman göstərdiyi dəstəyə görə Cibuti tərəfinə təşəkkür edib.
Nazir, həmçinin həmkarına Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üzv ölkələri üçün təhsil və təlim üçün təqaüd proqramı barədə məlumat verib və Cibutinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…