İkitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

23 Noyabr 2017 14:11

Xəbər 6171 dəfə oxunub

Azərbaycanın Sinqapurdakı səfiri Tamerlan Qarayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Səm Tan Çin Sionq və “Baalvi” məscidinin imamı, müsəlman icmasının rəhbəri Seyid Həsən Alattas ilə görüşüb.Azərtac xəbər verir ki, dövlət naziri ilə görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, iqtisadi islahatlar sahəsində təcrübə mübadiləsi üçün ikitərəfli mexanizmin müəyyən olunması, turizm əlaqələri, iki ölkə ictimaiyyətinin birbaşa təmaslarının asanlaşdırılması, Sinqapura səyahət edən Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi və digər məsələlər müzakirə edilib.xeber100.com

“Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”…

İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib.Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım, Türkiyə Respublikasının kənd təsərrüfatı naziri Vahid Kirişçi, Türkiyənın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Baş katibi İsmət Böyükataman, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri və digərləri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Konfrans çərçivəsində panel müzakirələr aparılıb. Birinci panel müzakirəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının Baş katibi İsmət Böyükataman, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala və AK Parti sədrinin birinci müavini Binəli Yıldırım çıxış ediblər.xeber100.com

İyun 15, 2022 16:28

Milli Məclisin plenar iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin mayın 5-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, mayın 5-də keçiriləcək iclasın gündəliyinə daha iki məsələ əlavə olunub. Beləliklə, iclasın gündəliyinə 22 məsələ daxil edilib. 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında; 2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi; 5. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 6. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 10. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 11. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 12. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 14. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 15. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 16. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 18. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 20. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 21. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).xeber100.com

May 4, 2022 15:07

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aprelin 5-də keçiriləcək iclasın gündəliyinə on yeddi məsələ daxil edilib. 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında; 2. “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi; 3. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 4. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 5. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi; 6. Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 9. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 10. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 11. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 12. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 13. “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 16. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 17. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).xeber100.com

Mart 31, 2022 14:18

Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr davam etdiriləcək

Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunan qeyri-rezident səfiri Primoş Şeliqo ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azərtac-a bildiriblər ki, nazir Ceyhun Bayramov ölkəmizin Sloveniya ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.Səfir Primoş Şeliqo iki ölkə arasında mövcud olan tarixi əlaqələri və dostluq ənənələrini qeyd edib, ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. O, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsindən bəhs edərək, bu il ərzində Birgə İqtisadi Komissiyanın ilk iclasının keçirilməsi, habelə ANAMA ilə əməkdaşlıq münasibətlərinin qurulmasının mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə inamını vurğulayıb.Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə bu ərazilərdə minalardan təmizlənmə istiqamətində görülən işlər, Azərbaycanın postmünaqişə mərhələsində iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı sərgilədiyi mövqeyi barədə məlumat verib.Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında 2021-ci ildə keçirilmiş siyasi məsləhətləşmələr təcrübəsinin qarşıdan gələn illərdə də davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub.xeber100.com

Mart 15, 2022 15:50

2022-2023-cü tədris ili üçün namizədlərin qəbul qaydaları açıqlanıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022-2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədris Azərbaycan dilində olmaqla əyani formada iki il müddətində aparılır. Hərbi liseylərə cari il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlar qəbul edilir. Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunacaq və ayda 51 manat məbləğində müavinət alacaqlar.Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 2022-ci il aprelin 1-dən aprelin 30-dək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər.Müraciət zamanı təqdim edilməli olan sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.Namizədlər müraciət etdikləri Hərbi Liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.Hərbi həkim komissiyasının qərarına əsasən, Hərbi Liseydə təhsil almağa yararlı hesab edilən namizədlər internet vasitəsilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir. Sonra namizəd həmin şifrə və iş nömrəsi ilə Hərbi Liseyin sənəd qəbulu komissiyasına gələrək elektron ərizə formasını təsdiq edirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan müddətdə namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi elektron saytında şifrə və iş nömrəsini daxil etməklə qəbul imtahanına buraxılış vərəqəsi alırlar.Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə yekun qiymət “2” olan namizədlərə imtahana buraxılış vərəqəsi verilmir və onlar Hərbi Liseyə qəbul olunmurlar.Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənləri üzrə Azərbaycan dilində aparılır.Namizədlər Hərbi Liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.Sənədlər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur.xeber100.com  

Fevral 28, 2022 13:17

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının qış sessiyası keçiriləcək

Fevralın 24-25-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda qış sessiyası keçiriləcək.Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev sessiyada iştirak etmək üçün fevralın 22-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. Tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün fəaliyyət planı təsdiqlənəcək.Deputatlarımız gündəlik üzrə müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.Vyanaya səfər çərçivəsində fevralın 23-də deputat Azay Quliyev Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi və ATƏT-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil edilən Xocalı soyqırımına həsr edilmiş “Sülh və ədalət: beynəlxalq insan haqlarına və beynəlxalq humanitar hüquqa dair pozuntuların aradan qaldırılması üçün münaqişədən sonrakı barışıq və sülh quruculuğu vacib bağlantı kimi” mövzusundakı konfransda iştirak edəcək.xeber100.com

Fevral 22, 2022 11:24

Milli Məclisin yaz sessiyası üçün iş planı təsdiqlənib

Yanvarın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.İclasda əvvəlcə komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim edilib. Komitə sədri, ümumiyyətlə, 2021-ci ildə ölkədə iqtisadi sahədə uğurların kifayət qədər əhatəli olduğunu deyib. Bildirib ki, ötən il iqtisadiyyatda 5,6 faiz, o cümlədən qeyri-neft sənayesinin 20 faizdən çox artması, qeyri-neft ixracının ilk dəfə olaraq 2,7 milyard dollara yaxın olması, büdcə gəlirlərinin proqnozdan əlavə 1,5 milyard manata yaxın icra olunması müşahidə edilib. Eyni zamanda, 2021-ci ildə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına ixrac olunub, işğaldan azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına başlanılıb və digər mühüm iqtisadi hadisələr baş verib.Tahir Mirkişili diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 16 iclası keçirilib, 133 məsələyə baxılıb. Qeyd edilib ki, ötən sessiyada “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlarda, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı layihələr, “Turizm haqqında” Qanun və bir sıra digər sənədlər müzakirə olunub. Bununla yanaşı, 2022-ci ilin büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər qanunların geniş müzakirəsi keçirilib və plenar iclasda qəbul edilib. Diqqətə çatdırılıb ki, komitə iclaslarında hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər, rəy və təkliflərini səsləndiriblər. Bildirilib ki, komitə üzvləri payız sessiyası ərzində mətbuatda çıxış edərək müxtəlif məsələlərə dair şərhlər veriblər, həmçinin bir sıra beynəlxalq təşkilatların işində də fəal iştirak ediblər.Vurğulanıb ki, ötən dövrdə komitəyə vətəndaşlardan 59 ərizə və şikayət daxil olub. Müraciətlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.Sonra komitənin 2022-ci il yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, sessiyada “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və bir sıra digər yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.Sonra iclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb. Dəyişikliyə əsasən, həmin müddətin daha bir il – 2023-cü il yanvarın 1-dək uzadılması təklif olunur.Müzakirələr zamanı komitə sədrinin müavini Əli Məsimli, deputatlardan Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov çıxış edərək, gündəlikdəki məsələlər barədə, habelə iqtisadi sahəyə aid bir sıra aktual məsələlərə dair fikirlərini, rəy və təkliflərini söyləyiblər.İclasda komitənin 2021-ci il payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı məqbul hesab olunub, 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib. Deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.Tədbirdə komitə üzvləri Mahir Abbaszadə, İmamverdi İsmayılov, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov və Ağalar Vəliyev iştirak ediblər.xeber100.com

Yanvar 21, 2022 14:59