İkitərəfli strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub

3 May 2022 15:13

Xəbər 54 dəfə oxunub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mayın 10-11-də Türkiyəyə dövlət səfəri planlaşdırılır.Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti Prezidentin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra məlumat yayıb.Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın dövlət başçısının Türkiyəyə planlaşdırılan səfərinin ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələ olacağını bildirib.Prezidentlər, həmçinin ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, ikitərəfli strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.xeber100.com

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13