İngiltərə Premyer Liqasının 30-cu turunun növbəti oyunları keçirilib

21 İyun 2020 10:48

Xəbər 515 dəfə oxunub

İyunun 21-də futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Çelsi” klubu səfərdə “Aston Villa” komandasının qonağı olub.Oyunda hesabı meydan sahibləri birinci hissəsinin (43-cü dəqiqə) sonlarında açıblar. Kortney Hause fərqlənib.Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətiriblər. Kristian Pulişiç cinah ötürməsindən sonra qapıya dəqiq zərbə vurub. Qoldan iki dəqiqə sonra “Çelsi” hesabda önə keçib. Olivye Jiru adını tabloya yazdırıb.Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.Bu qələbədən sonra xal ehtiyatını 51-ə çatdıran “Çelsi” turnir cədvəlində dördüncü yerini möhkəmlədib. “Aston Villa” isə 26 xalla 19-cu yerdə qərarlaşıb.Növbəti turda “Çelsi” son çempion “Mançester Siti”ni, “Aston Villa” isə “Volverhemton” klubunu qəbul edəcək.xeber100.com