İngiltərə Premyer Liqasının 31-ci turunun oyunu keçirilib

25 İyun 2020 13:11

Xəbər 638 dəfə oxunub

İyunun 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun bir neçə oyunu keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” öz meydanında “Kristal Palas” komandasını qəbul edib.Görüş Mersesayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.“Liverpul”un heyətində Trend Aleksander-Arnold, Məhəmməd Salah, Fabinyo və Sadio Mane fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 86-a çatdıran “Liverpul” liderliyini davam etdirir. “Kristal Palas” isə 42 xalla 9-cü yerdə qərarlaşıb.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Manmester Yunayted” – “Şeffild Yunayted” – 3:0;

“Nyukasl Yunayted” – “Aston Villa” – 1:1;

“Norviç Siti” – “Everton” – 0:1;

“Volverhemton” – “Bormunt” – 1:0.xeber100.com

Formula 1 üzrə dünya çempionatının ikinci yarışması start götürəcək

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümündə ikinci yarışması start götürəcək.Azərtac xəbər verir ki, bu, Formula 1 avtoidmanının 70 illik tarixində iki yarışın dalbadal eyni trasda keçirildiyi ilk hadisədir. Şpilberq qəsəbəsinin yerləşdiyi federal əyalətin adına uyğun olaraq, bu yarışmaya Ştiriya Qran-Prisi adı verilib.İyulun 5-də “Red Bull Ring” trasında keçirilən ilk yarışda “Mercedes” pilotu Valtteri Bottas qalib gəlmişdi. İyulun 11-də keçirilən kvalifikasiya turniri güclü yağışa görə pilotlar üçün əsl məşəqqətə çevrilib. Dünya çempionu və “Mercedes” pilotu Levis Hemilton hazırlıq yarışında peşəkar karyerası tarixində 89-cu start mövqeyi (pole position) təmin edib və iyulun 12-də trasda yürüşə əlverişli mövqedən start verəcək. Hazırlıq yarışında sonrakı yerlərdə isə Maks Verstappen (”Red Bull”), Karlos Saynz (“McLaren”) və ötən həftənin qalibi Valtteri Bottas tutublar.Avstriya mətbuatında COVID-19 öhdəliklərinə riayət olunmadığına görə iyulun 19-da Macarıstanda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran-Prisinin üçüncü dəfə eyni məkanda – Şpilberqdə “Red Bull Ring” trasında baş tutacağına dair xəbərlər yayılır. Formula 1 təşkilatçıları bu xəbərləri hələlik şərh etməyiblər.Təşkilatçılar yarışların COVID-19 pandemiyası ilə əlaqədar tam təhlükəsiz şəraitdə keçməsi üçün ciddi tədbirlər görüblər. İkinci dövrənin keçiriləcəyi 12 iyul tarixinədək Şpilberqdə ümumilikdə 8600 COVID-19 testi aparılıb, onların hamısının cavabı mənfi olub. Bu da Formula 1 yarışları üçün hazırlanmış yeni konsepsiyaya və yerli təşkilatçıların məsuliyyətinə inamı artırıb.xeber100.com

İyul 12, 2020 19:44