İngiltərə Premyer Liqasının 7-ci turuna yekun vurulub

1 Oktyabr 2019 10:15

Xəbər 34 dəfə oxunub

Sentyabrın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. Həmin görüşdə iki iddialı klub – “Mançester Yunayted” və “Arsenal” üz-üzə gəlib.Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı meydan sahibləri birinci hissənin sonuncu dəqiqəsində açıb. Markus Reşfordun ötürməsindən sonra Skot Maktominay baxımlı qola imza atıb – 1:0.Birinci hissə Mançester təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.Qarşılaşmanın ikinci hissəsinin 58-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirməyə nail olublar.Müdafiəçilərin səhvini Pyer-Emerik Obameyanq bağışlamayıb – 1:1.Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansları olsa da, hesab dəyişməyib.Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Arsenal” turnir cədvəlində dördüncü, “Mançester Yunayted” isə 9 xalla 10-cu yerdə qərarlaşıb.Yeddi turdan sonra maksimum xal qazanan “Liverpul” 21 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 16 xal olan son çempion “Mançester Siti” ikinci, 14 xalı olan “Lester Siti” isə üçüncü yerdə qərarlaşıb.xeber100.com

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.xeber100.com

Oktyabr 13, 2019 15:01