İngiltərə Premyer Liqasının səkkizinci turunun növbəti oyunlarında

6 Oktyabr 2019 20:01

Xəbər 95 dəfə oxunub

Oktyabrın 6-da İngiltərə Premyer Liqasının səkkizinci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ikinci günün gözlənilməz hesabı “Etihad” stadionunda qeydə alınıb. Son çempion “Mançester Siti” öz meydanında “Volverhemton” klubunu qəbul edib.Görüş qonaqların qələbəsi ilə başa çatıb – 0:2. Oyunda ilk qol 80-ci dəqiqədə vurulub. Adama Traore fərqlənib. Qoldan doqquz dəqiqə sonra qonaqlar rəqibini əks hücumda yaxalayaraq ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Adama Traore dublun rəsimləşdirib.Bu “Mançester” təmsilçisinin cari mövsümdə ikinci məğlubiyyəti olub. Onlar 5-ci turda səfərdə “Norviç Siti”yə 3:2 hesabı ilə uduzublar.“Mançester Siti” klubu çempionluq uğrunda mübarizədə əsas rəqibi olan “Liverpul”dan 8 xal geri qalır və turnir cədvəlində üçüncü yerdə qərarlaşıb (16xal). “Volverhemton” isə 10 xalla 11-ci yerdə qərarlaşıb.Xatırladaq ki, çempionluğa iddialı “Liverpul” oktyabrın 5-də öz meydanında “Lester Siti” klubuna 2:1 hesabı ilə qalib gəlib.Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahibləri açıb. Rəqib qapısından topu Sadio Mane keçirib. “Lester Siti” 80-ci dəqiqədə Jeyms Madissonun vurduğu qolu ilə hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Jeyms Milner qələbə topunu vuraraq komandasına növbəti üç xal qazandırıb.Yurqen Klopun yetirmələri bu mövsümdə ardıcıl 8-ci qələbəsini qazanıb və 24 xalla turnir cədvəlində birinci pillədəki yerini möhkəmlənləndirib. “Lester Siti” isə 14 xalla üçüncü yeri tutur.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” – “Tottenhem” – 3:0,

“Börnli” – “Everton” – 1:0,

“Norviç Siti” – “Aston Villa” – 1:5,

“Vatford” – “Şeffild Yunayted” – 0:0.

“Vest-Hem Yunayted”-“Kristal Palas” – 1:2,

“Arsenal” – “Bormunt” – 1:0,

“Southemton” – “Çelsi” – 1:4.

Qeyd edək ki, tura “Nyukasl Yunayted” – “Mançester Yunayted” oyunu ilə yekun vurulacaq.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24