İnsan hüquqlarını pozduğuna görə İrana qarşı sanksiyalar tətbiq edilib

21 Fevral 2023 14:40

Xəbər 87 dəfə oxunub

Avropa İttifaqı insan hüquqlarını pozduğuna görə İrana qarşı növbəti dəfə sanksiyalar tətbiq edib.

İranın 32 fiziki və 2 hüquqi şəxsinin adları sanksiyalar siyahısına əlavə olunub. Bu şəxslər etiraz aksiyasında iştirak edənlərə qarşı qəddarcasına davranıb və insanların ən sadə hüquqlarını belə qorumaqdan imtina ediblər.

Adları sanksiyalar siyahısına salınanların Avropa İttifaqı ölkələrinə girişi qadağan olunub və onların Avropa banklarındakı aktivləri dondurulub.

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bəyan edib ki, fevralın 24-də İrana qarşı tətbiq olunacaq növbəti sanksiyalar paketi də açıqlanacaq.xeber100.com