İran İslam Şurası Məclisi ABŞ-a qarşı plan hazırlayır

19 Avqust 2019 14:30

Xəbər 150 dəfə oxunub

İran İslam Şurası Məclisi (parlament) ABŞ-a qarşı 10 bənddən ibarət plan hazırlayır.Azərtac xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Əli Əsgər Yusifinecad məlumat verib. O bildirib ki, İran 1953-cü ildə baş vermiş dövlət çevrilişindən sonra Böyük Britaniya və ABŞ-da qalan aktivlərini geri tələb etməlidir. Alınan pullar 1953-cü ildə Tehranda həlak olmuş tələbələrin ailələrinə kompensasiya şəklində verilməlidir. Planda nəzərdə tutulub ki, ABŞ-ı dəstəkləyən ölkələrin media qurumlarının İrandakı büroları ləğv edilsin və jurnalistlər ölkədən çıxarılsın.Bunlarla yanaşı, iranlı deputat bildirib ki, ABŞ “Hollivud” kinoindustriyası da öz filmlərində İran xalqını təhqir etdiyinə görə beynəlxalq məhkəməyə veriləcək. Planda, həmçinin nəzərdə tutulur ki, İran ABŞ-ın bir sıra yüksək səviyyəli məmuruna sanksiyalar tətbiq etsin.Ə.Ə.Yusifinecad qeyd edib ki, plan yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq.xeber100.com

Finlandiya hökuməti uran hasilatı və emalı üçün icazə verib

Finlandiya hökuməti “Terrafame” dövlət şirkətinə uran hasilatı və emalı üçün icazə verib.Azərtac Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Çexiya və Rumıniyada uran hasilatının və emalının dayandırılmasını elan etdiklərinə görə yeni qərarla Finlandiya Avropa İttifaqında yeganə uran istehsalçısına çevrilir.“Terrafame” şirkətinin əsas fəaliyyəti nikel və sink hasilatından ibarətdir, uran isə metal hasilatı prosesində alınan yan məhsuldur. Gələcəkdə şirkət uranı nüvə elektrik stansiyaları üçün yanacaq kimi istifadə olunan xüsusi maddəni emal edərək ixraca yönəltməyi planlaşdırır. Beləliklə, Finlandiya hökuməti tərəfindən verilən icazə ilə “Terrafame” şirkəti ildə 250 tona qədər uran istehsal edə bilər. Lakin buna baxmayaraq, faktiki istehsalın bir qədər az olacağı ehtimal edilir. Şirkət artıq Şimali Amerikaya və ya Avropanın digər ölkələrinə məhsul ixrac etmək niyyətində olduğunu da açıqlayıb. Bununla belə, “Terrafame” şirkəti bu məhsulu digər ölkələrə ixrac etmək üçün Finlandiya Xarici İşlər Nazirliyindən və Avropa Atom Enerjisi Birliyindən “Euratom” icazəsini almalıdır.Qeyd edək ki, hökumətin uranın hasilatı və emalı üçün icazənin verilməsi yerli ekoloqların narazılığına səbəb olub. Onlar bu qərarı məhkəmə və digər instansiyalarda qaldırmaq niyyətində olduqlarını elan ediblər.xeber100.com

Fevral 14, 2020 11:40

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı əsasında…

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bəyan edib ki, Misir hökumətinin səyləri nəticəsində bu ölkənin ərazisindən Avropaya qeyri-leqal miqrasiya tamamilə dayanıb.Azərtac “Egypttoday” portalına istinadla xəbər verir ki, təşkilatın Qahirədəki missiyasının rəhbəri Loren de Bok Misir Prezidenti Əbdülfəttah əs-Sisinin “Həyat xilas edən qayıqlar” (“Life Saving Boats”) təşəbbüsü və misirli gənclər üçün yaradılan yeni iş yerləri sayəsində bu ölkənin vətəndaşlarının Avropaya qeyri-leqal missiyasının qarşısının alındığını bildirib. Onun sözlərinə görə, IOM bu sahədə Misir hökuməti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. “Misir hökumətinin səyləri nəticəsində bu 2016-cı ilədək minlərlə qanunsuz miqrantı əhatə edən bu göstərici artıq sıfıra enib”, -deyə təşkilatın nümayəndəsi əlavə edib.Qeyd olunub ki, Misir Prezidentinin göstərişinə əsasən Miqrasiya naziri Nabila Makram ölkənin Beheyra əyalətində qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı layihənin növbəti mərhələsini həyata keçirir. Prezident əs-Sisi ötən ilin dekabrında Şarm əl-Şeyxdə keçirilən Dünya Gənclər Forumunun bağlanış mərasimində Beynəlxalq İnsan Haqları Şurasının da bu sahədə Misirin səylərinə verdiyi yüksək qiyməti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Qahirə bu məsələdə Avropa İttifaqından heç bir yardım almayıb və bütün işləri öz vəsaiti hesabına görüb.xeber100.com

Yanvar 24, 2020 18:25