Noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niameydə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə təşkilatın Baş Katibliyi məlumat yayıb.Məlumatda qeyd olunub ki, “Sülh və inkişaf naminə terrorizmə qarşı səylərin birləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada İslam dünyası üçün aktual problemlər – ekstremizm və terrorizmə, həmçinin islamofobiya və dini ayrı-seçkiliyə qarşı mübarizə məsələləri müzakirə ediləcək.İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osaymin qeyd edib ki, sessiyada qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqların problemləri ətrafında da fikir mübadiləsi aparılacaq.İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri, həmçinin təşkilatın siyasi, humanitar, sosial-iqtisadi, texnoloji və digər sahələr üzrə inkişafa dair qəbul etdiyi 2025-ci ilədək fəaliyyət planının yerinə yetirilməsini də nəzərdən keçirəcəklər.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…