İspaniya çempionatının bərpa tarixi məlum olub

12 May 2020 09:08

Xəbər 43 dəfə oxunub

Futbol üzrə İspaniya çempionatının bərpa tarixi məlum olub.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, La Liqanın uzun fasilədən sonra birinci turu iyunun 12-də keçiriləcək. İspaniya Futbol Federasiyasının rəhbərliyi bu barədə bütün klublara məlumat verib. Mənbənin bildirdiyinə görə, ölkədə fövqəladə vəziyyət yaranarsa, çempionatın yenidən uzadılması ehtimalı var.Qeyd edək ki, martın 8-də dayandırılan çempionatın başa çatmasına 11 tur qalıb. Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” klubu başçılıq edir. Aktivində 56 xalı olan “Real Madrid” isə ikinci pillədə qərarlaşıb.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24