İspaniya La Liqasının 33-cü turu çərçivəsində

1 İyul 2020 10:12

Xəbər 579 dəfə oxunub

İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Barselona” – “Atletiko Madrid” oyunu meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi üçün əlamətdar olub.Azərtac xəbər verir ki, matçda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu karyerasında 700-cü dəfə fərqlənib.L.Messi bu qolların 630-nu “Barselona”nın heyətində keçirdiyi 724 matçda vurub. O, Argentina millisinin heyətində keçirdiyi 138 matçda 70 dəfə rəqib qapılarına yol tapıb.Otuz üç yaşlı hücumçu La Liqanın cari mövsümündə meydana çıxdığı 28 matçda 22 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun “Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25