İspaniya La Liqasının XII turu çərçivəsində keçirilən matçda

3 Noyabr 2019 20:19

Xəbər 25 dəfə oxunub

Noyabrın 2-də futbol üzrə İspaniya La Liqasının XII turu çərçivəsində keçirilən matçda “Sevilya” doğma meydanda “Atletiko Madrid”i qəbul edib.Azərtac xəbər verir ki, “Ramon Sançez Pizxuan” stadionunda baş tutan görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Franko Vazques açıb. Cavab isə matçın 60-cı dəqiqəsində gəlib. madridlilərin hücumçusu Alvaro Morata topu çərçivəyə göndərərək komandasını məğlubiyyətdən xilas edib. Görüş elə bu hesabla da bitib – 1:1.Turun digər qarşılaşmasında isə “Barselona” səfərdə “Levante”yə 3:1 hesabı ilə məğlub olub. “Espanyol” isə doğma meydanda “Valensiya”ya 1:2 hesabı ilə uduzub.Bu oyunlardan sonra turnir cədvəlinə 22 xalla “Barselona” klubu liderlik edir. “Sevilya” isə 21 xalla dördüncü olub.Turun digər qarşılaşmaları isə noyabrın 3 və 4-də baş tutacaq.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09