İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib

19 Oktyabr 2020 09:32

Xəbər 127 dəfə oxunub

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib.Azərtac xəbər verir ki, oktyabrın 19-dan etibarən, İsveçrədə ictimai məkanlarda 15-dən artıq şəxsin toplaşması qadağandır. Eyni zamanda, ölkə sakinləri şəxsi təmasları minimuma endirməyə çağırılıblar.Vəziyyəti olduqca ciddi qiymətləndirən İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa mətbuat konfransında bildirib ki, ölkədə tibbi maskalardan istifadə öhdəlikləri də sərtləşdiriləcəkdir. İndiyədək ictimai nəqliyyat vasitələrinə şamil olunan bu öhdəlik bütün növ ticarət obyektləri, kafe və restoranlar, eləcə də muzeylərə də aid ediləcəkdir. Eyni zamanda, vağzallar, hava limanları və dayanacaqlarda da insanlar tibbi maskalardan istifadə etməyə məcbur olacaqlar.Qeyd edək ki, İsveçrədə koronavirusa gündəlik yoluxma sayı 2606 nəfərə çatıb.Eyni zamanda, İsveçrə hökuməti ölkədəki şirkətləri öz əməkdaşlarına evdən işləmək (homə office) üçün maksimum şərait yaratmağa çağırıb.xeber100.com

Yeni Zelandiyada milli parlamentə seçkilər başlayıb

Oktyabrın 17-də yerli vaxtla səhər saat 9-da Yeni Zelandiyada milli parlamentə seçkilər və marixuananın və evtanaziyanın leqallaşdırılması üzrə referendumda səsvermə başlanıb.Azərtac xəbər verir ki, təqribən 2600 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.Seçkilər zamanı seçicilər iki bülleten dolduracaqlar. Bunlardan biri partiyaya, digəri isə dairə üzrə namizədlərdən birinə səsverməni nəzərdə tutur. Yeni zelandiyalılar, həmçinin marixuana və evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan daha iki suala cavab verəcəklər. Referenduma çıxarılmış bu iki sual artıq parlament tərəfindən bəyənilib. Lakin yerli qanunvericilik bunun yalnız plebisitdə bəyənildikdən sonra qüvvəyə minməsini nəzərdə tutur.Parlamentə seçkilərə gəlincə, cari ildə milli parlamentdəki 120 yer uğrunda 17 partiyadan 566 namizəd mübarizə aparır. Daha 35 namizədin müstəqil olaraq seçkilərə qoşulduğu bildirilir. Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik həddi keçməli, namizədlər isə öz dairələrində səsə çoxluğu qazanmalıdırlar.Mütəxəssislərin rəyinə görə, hakim koalisiya (Yeni Zelandiyanın Leyboristlər Partiyası, “Hər şeydən əvvəl Yeni Zelandiya” və “Yaşıllar” partiyası) və Yeni Zelandiya Milli Partiyasının rəhbərlik etdiyi müxalifət bloku favoritlər arasında fərqlənir.Qeyd edək ki, Yeni Zelandiya parlamenti qarışıq sistemlə (ölkə üzrə 11 dairədən və partiya siyahısı ilə) üç il müddətinə gizli səsvermə yolu ilə seçilir. Bu ölkədə əhalinin 3,7 milyonu səs vermək hüququna malikdir. Səsvermədə iştirak etmək üçün seçicilərin 92,4 faizi, təqribən 3 milyon 400 min nəfər qeydiyyatdan keçib. Həmçinin seçicilərin 50 faizi (təqribən 1,7 milyon nəfər) 2020-ci ildə keçirilmiş ümumi seçkilərdə artıq səs verib.Seçki komissiyasının artıq bu gün axşam saatlarında səsvermənin ilkin nəticələrini elan edəcəyi bildirilir. Seçkilərin və referendumun rəsmi yekunu isə noyabrın 6-da elan ediləcək.xeber100.com

Oktyabr 17, 2020 13:39