İsveçrə iyunun 15-də sərhədləri tam açmaq niyyətindədir

14 May 2020 10:12

Xəbər 120 dəfə oxunub

İsveçrə iyunun 15-də Fransa, Almaniya və Avstriya ilə sərhədləri tam açmaq niyyətindədir.Azərtac İsveçrə Federal Şurasının (hökumətin) saytında yerləşdirilmiş məlumata istinadla xəbər verir ki, sərhədlər epidemioloji şəraitin imkan verdiyi təqdirdə açılacaq. Müvafiq qərar İsveçrə ilə qonşu olan üç ölkənin Daxili İşlər nazirlərinin danışıqlarında qəbul olunub.Hazırda Fransa, Almaniya və Avstriya COVID-19 pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının bənzər mərhələsini yaşayır. Sərhədlərin açılması barədə yekun qərar Federal Şuranın mayın 27-də keçiriləcək iclasında qəbul ediləcək.Mayın 11-dən İsveçrədə epidemiyanın qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ikinci fazası başlayıb. Ölkədə bütün mağazalar açılıb, restoranlar və barlar bir sıra məhdudiyyətlər şərti ilə fəaliyyətini bərpa edib, İsveçrəyə Avropa İttifaqından gəliş qadağası qismən götürülüb. Vəziyyət sabitləşəcəyi təqdirdə iyunun 8-ə üçüncü mərhələyə keçid planlaşdırılır.

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00