İtaliya Futbol Federasiyası yarışların bərpa tarixini açıqlayıb

15 May 2020 09:48

Xəbər 36 dəfə oxunub

Avropa ölkələrində futbol üzrə milli çempionatların bərpa tarixləri bir-birinin ardınca açıqlanır. Bununla bağlı növbəti rəsmi xəbər A seriyasına aiddir.Azərtac xəbər verir ki, pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri İtaliyanın da futbol həyatı tədricən canlanmağa başlayır. İtaliya Futbol Federasiyasının rəhbərliyi “A” seriyasında yarışların bərpa tarixini açıqlayıb. Uzun sürən müzakirələrdən sonra çempionatın iyunun 13-də qaldığı yerdən davam etdiriləcəyi bildirilib.Ölkədə mayın 4-dən fərdi qaydada məşqlərə icazə verilmişdi. Mayın 18-dən isə qrup şəklində hazırlıq mərhələsi başlanacaq. Komandalar oyunlara hazırlaşsalar da karantin rejiminə uyğun olaraq tibbi təhlükəsizlik tələblərinə ciddi şəkildə riayət edilir. İtaliyada yeni qaydalara əsasən əgər futbolçular arasında 1 yoluxma halı qeydə alınsa, turnir yenidən yarımçıq dayandırıla bilər.Hazırda A seriyasında 26 turdan sonra “Yuventus” 63 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Latsio” liderdən 1 xal geri qalır. Rəqiblərindən 1 oyun az keçirən “İnter” isə 54 xalla ilk üçlüyü tamamlayır.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24