İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumatı

16 Aprel 2022 19:05

Xəbər 183 dəfə oxunub

İtaliyanın Ukraynadakı səfirliyi yenidən paytaxt Kiyevə köçüb.Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.“Səfirliyin kollektivi Ukrayna institutlarına yaxın olmaq, İtaliya vətəndaşlarına kömək etmək, sülhü təşviq edən həll yolları dəstəkləmək və dialoqa dəstəyini artırmaq üçün yenidən paytaxt Kiyevə qayıdıb”, – deyə nazirliyin açıqlamasında bildirilib.Xatırladaq ki, İtaliya Ukraynadakı səfirliyini martın 1-də Kiyevdən Lvova köçürmüşdü.xeber100.com