Kataloniyanın müstəqilliyi haqqında referendum olmayacaq

27 Dekabr 2022 11:58

Xəbər 117 dəfə oxunub

İspaniyanın Baş naziri Pedro Sançes Kataloniyanın müqəddəratının təyin edilməsi haqqında referendumun olmayacağını deyib. İspaniya mediası xəbər verir ki, Baş nazirin sözlərinə görə, ölkə konstitusiyasında “müəyyən bir ərazinin müstəqillik hüququ” nəzərdə tutulmayıb. Bir müddət öncə Kataloniyanın Baş naziri Pere Araqones gələn il regionun müstəqilliyinə dair referendumun keçirilməsi məsələsində irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. İspaniyanın Nazirlər Kabineti isə hər zaman Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun əleyhinə çıxıb. Qeyd edək ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada müstəqilliklə bağlı səsvermə keçirilib. Madrid bu referendumu qeyri-qanuni adlandırıb və onun nəticələrini tanımayıb. Həmin il oktyabrın 27-də Kataloniya parlamenti müstəqilik barədə qətnamə qəbul etdikdən sonra İspaniya hakimiyyəti ölkə tarixində ilk dəfə konstitusiyanın 155-ci maddəsini işə salaraq regionun özünüidarə hüququnu məhdudlaşdırıb.xeber100.com