“Keşlə” futbol klubu yeni mövsümə ilk transferini reallaşdırıb

23 İyun 2020 12:22

Xəbər 600 dəfə oxunub

Paytaxtın “Keşlə” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ilk transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, komandamız müdafiəçi Tural Axundov ilə müqavilə imzalayıb.Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” klublarında çıxış edən 32 yaşlı futbolçunun sonuncu klubu “Neftçi” olub.Topaz Premyer Liqasının 2019-2020-ci il mövsümündə 20 turdan sonra 30 xal toplayan “Keşlə” klubu çempionatı üçüncü pillədə başa vurub.xeber100.com

Formula 1 üzrə dünya çempionatının ikinci yarışması start götürəcək

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümündə ikinci yarışması start götürəcək.Azərtac xəbər verir ki, bu, Formula 1 avtoidmanının 70 illik tarixində iki yarışın dalbadal eyni trasda keçirildiyi ilk hadisədir. Şpilberq qəsəbəsinin yerləşdiyi federal əyalətin adına uyğun olaraq, bu yarışmaya Ştiriya Qran-Prisi adı verilib.İyulun 5-də “Red Bull Ring” trasında keçirilən ilk yarışda “Mercedes” pilotu Valtteri Bottas qalib gəlmişdi. İyulun 11-də keçirilən kvalifikasiya turniri güclü yağışa görə pilotlar üçün əsl məşəqqətə çevrilib. Dünya çempionu və “Mercedes” pilotu Levis Hemilton hazırlıq yarışında peşəkar karyerası tarixində 89-cu start mövqeyi (pole position) təmin edib və iyulun 12-də trasda yürüşə əlverişli mövqedən start verəcək. Hazırlıq yarışında sonrakı yerlərdə isə Maks Verstappen (”Red Bull”), Karlos Saynz (“McLaren”) və ötən həftənin qalibi Valtteri Bottas tutublar.Avstriya mətbuatında COVID-19 öhdəliklərinə riayət olunmadığına görə iyulun 19-da Macarıstanda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran-Prisinin üçüncü dəfə eyni məkanda – Şpilberqdə “Red Bull Ring” trasında baş tutacağına dair xəbərlər yayılır. Formula 1 təşkilatçıları bu xəbərləri hələlik şərh etməyiblər.Təşkilatçılar yarışların COVID-19 pandemiyası ilə əlaqədar tam təhlükəsiz şəraitdə keçməsi üçün ciddi tədbirlər görüblər. İkinci dövrənin keçiriləcəyi 12 iyul tarixinədək Şpilberqdə ümumilikdə 8600 COVID-19 testi aparılıb, onların hamısının cavabı mənfi olub. Bu da Formula 1 yarışları üçün hazırlanmış yeni konsepsiyaya və yerli təşkilatçıların məsuliyyətinə inamı artırıb.xeber100.com

İyul 12, 2020 19:44