Koronavirusa 1058 yeni yoluxma faktı qeydə alınıb

2 May 2021 14:58

Xəbər 44 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2125 nəfər müalicə olunaraq sağalıb, 1 min 58 yeni yoluxma faktı qeydə alınıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 321 min 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 293 min 689 nəfər müalicə olunaraq sağalıb, 4 min 561 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 130 nəfərdir.Ötən müddət ərzində 3 milyon 262 min 655 test aparılıb. Bugünkü test sayı isə 8 min 777-dir.xeber100.com