“Lindores Abbey Rapid Challange” turniri keçiriləcək

15 May 2020 09:53

Xəbər 31 dəfə oxunub

Hazırkı dünya çempionu Maqnus Karlsen və dünyanın ən yaxşı 11 şahmatçısı “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirində mübarizə aparacaqlar.Azərtac “Chess24.com” saytına istinadla xəbər verir ki, bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir. Yarışın mükafat fondu 300 min ABŞ dollarıdır.Bundan əvvəl, dünya çempionunun dəvəti ilə şahmatçılar mükafat fondu 250 min ABŞ dolları olan “Magnus Carlsen Invitational” turnirində güclərini sınamışdılar. Aprelin 18-dən mayın 3-dək keçirilən turnirin finalında amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qalib olub.Seriyanın üçüncü mərhələsi “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.Avqustun 9-dan 20-dək isə “Grand Final” keçiriləcək.Beş turnirdən ibarət seriya yarışının ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24