“Liverpul” futbol klubu yeni müqavilə imzalamağa hazırlaşır

14 Aprel 2019 15:03

Xəbər 153 dəfə oxunub

“Liverpul” yeni forma sponsorluğu müqaviləsi imzalamağa hazırlaşır.Milli.az xəbər verir ki, “New Balance” ilə müqaviləsi 2020-ci ildə başa çatacaq Premyer Liqa klubu artıq danışıqlara başlayıb.”Liverpul”un məqsədi “Adidas”la 10 illik 750 milyon funt-sterlinq dəyərində müqavilə imzalayan “Mançester Yunayted”in rekordunu qırmaqdı. “Liverpul”un hazırda “Nike” və “Adidas”la danışıqlar apardığı bildirilir. “Qırmızılar” 10 illik 800 milyon funt-sterlinq (illik 80 miilyon) dəyərində müqavilə imzalamağı planlaşdırır.xeber100.com