“Liverpul”un kapitanı mövsümün ən yaxşı oyunçusu seçilib

24 İyul 2020 16:53

Xəbər 327 dəfə oxunub

İngiltərənin “Liverpul” futbol klubunun kapitanı Cordan Henderson Futbol Jurnaslitləri Birliyi tərəfindən Premyer Liqada cari mövsümün ən yaxşı oyunçusu seçilib.Azərtac xəbər verir ki, 30 yaşlı müdafiəçi səslərin dörddəbirindən çoxunu toplayaraq komanda yoldaşları Alisson Beker, Vircil van Deyk, Trent Aleksandr-Arnold, Sadio Maneni, “Mançester Yuneyted”dən Markus Reşfordu və “Mançester Siti”dən Kevin de Brüyneni geridə qoyub.Qeyd edək ki, C.Henderson 2011-ci ildən “Liverpul”un formasını geyinir.xeber100.com