Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başlayıb

19 Yanvar 2020 22:09

Xəbər 163 dəfə oxunub

Almaniyanın paytaxtı Berlində Liviyada gedən proseslərlə bağlı beynəlxalq konfrans başlayıb. Anadolu Agentliyi xəbər verir ki, Almaniya Kansleri Angela Merkelin BMT-nin Liviya məsələsindəki cəhdlərinə dəstək vermək məqsədilə keçirdiyi konfransda atəşkəsin əldə edilməsi, tərəflər arasında qarşılıqlı inamın bərpası, Liviyanın ərazi bütövlüyü çərçivəsində sülhün bərpası üçün görüşlərin keçirilməsi planlaşdırılır.Konfransda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş Naziri Boris Conson, Fransa Prezidenti Emmanuel Makron və digər ölkələrin dövlət başçıları iştirak edir.Qeyd edək ki, konfransdan əvvəl Türkiyə ilə Rusiya prezidentləri arasında görüş baş tutub.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00