Martın 13-də Türkiyə Superliqasının XXVI turuna start verilib

14 Mart 2020 16:03

Xəbər 36 dəfə oxunub

Martın 13-də Türkiyə Superliqasının XXVI turuna “Kasımpaşa”-“Göztəpə” və “Ankaragücü”-“Rizəspor” matçları ilə start verilib.Azərtac xəbər verir ki, “Rəcəb Tayib Ərdoğan” stadionunda keçirilən görüşdə “Kasımpaşa” “Göztəpə”nin qapısından iki cavabsız qol keçirib. Paytaxt klubu “Ankaragücü” isə Rizə təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.Bu oyundan başqa, turda “Dənizlispor” – “Gənclərbirliyi”, “Alanyaspor” – “Qaziantep”, “Konyaspor” – “Fənərbağça”, “Kayserispor”-“Yeni Malatyaspor”, “Trabzonspor”-“Başakşəhər”, “Qalatasaray”-“Beşiktaş” və “Antalyaspor”-“Sivasspor” matçları keçiriləcək.Bu qələbə ilə “Trabzonspor” xallarının sayını 52-yə çatdıraraq liderliyə yüksəlib. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” və “Sivasspor” klubları isə 49 xalla üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (40 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (39 xal) və digər komandalar gəlir.xeber100.com