“Microsoft korporasiyasının gəliri ötən ilin eyni dövrü ilə müqayisədə artıb

27 Aprel 2022 10:09

Xəbər 67 dəfə oxunub

ABŞ-ın “Microsoft korporasiyasının ötən rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 49,36 milyard dollara çatıb.Bu barədə qurumun saytında məlumat verilib.Martın 31-də başa çatan üç aylıq dövr ərzində şirkətin xalis gəliri illik müqayisədə 8 faiz artaraq 16,72 milyard dollara çatıb. “Microsoft”un qeyd olunan dövrdə əməliyyat mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 20,36 milyard dollar təşkil edib. CNBC televiziya şirkətinin məlumatına görə, şirkətin maliyyə göstəriciləri qurumun mənfəətinin 49,05 milyard dollardan çox olmayacağını proqnozlaşdıran ekspertlərin gözləntilərini üstələyib.1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qurulan “Microsoft”, kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük korporasiyalardan biridir.xeber100.com

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13