“Milan” futbol klubu “Liverpul”un müdafiəçisi ilə maraqlanır

7 İyul 2019 12:05

Xəbər 84 dəfə oxunub

İtaliyanın “Milan” klubu “Liverpul”un müdafiəçisi Deyan Lovrenlə maraqlanır. La Gazzetta nəşri xəbər verir ki, italyan klubu 30 yaşlı xorvat futbolçu üçün 15 milyon avro təklif etməyə hazırdır, amma “Liverpul” 25 milyon istəyir. Vəziyyəti, həmçinin futbolçunun İngiltərədə yüksək maaşı mürəkkəbləşdirir. Lovren orada ilə 4,5 milyon avro alır.Xorvatiyalı müdafiəçi 2014-cü ildə “Sautgempton”dan “Liverpula” təxminən 20 milyon funt sterlinq müqabilində keçib. Onun “qırmızılarla” müqaviləsi 2021-ci ilin yayınadək hesablanıb.2018-ci il dünya çempionatında Lovren Xorvatiya yığmasının əsas oyunçularından biri olub. O, mundialda komandasının bütün oyunlarında, o cümlədən Fransa yığması ilə final matçında iştirak edib. Xorvatiya həmin oyunda 2:4 hesabı ilə uduzaraq dünya çempionatının gümüş mükafatçısı olub.xeber100.com

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09