Milli Hokey Liqasının bərpa tarixi məlum olub

4 İyul 2020 22:24

Xəbər 511 dəfə oxunub

Milli Hokey Liqasının (MHL) yeni mövsümünün bərpa tarixi məlum olub. Artıq çempionatın nə vaxt start götürəcəyi və Stenli Kubokunun finalının hansı şəhərdə keçiriləcəyi müəyyənləşib.Azərtac xəbər verir ki, ABŞ-ın TSN telekanalının məlumatına görə, iyulun 13-də komandalar təlim məşq toplanışına başlayacaqlar. İyulun 26-da isə pley-off mərhələsində iştirak edəcək 24 komanda iki ayrı şəhərə yollanacaq. Hazırkı məqamda Edmonton və Torontonun pley-off oyunlarına ev sahibliyi edəcəyi proqnozlaşdırılır. Mövsüm isə avqustun 1-dən start götürəcək. Çempionata oktyabrın əvvəlində yekun vurulacaq.Stenli Kubokunun keçiriləcəyi məkan da müəyyənləşib. Artıq Oyunçuların Həmkarlar İttifaqı ilə MHL rəhbərliyi bu məsələni yoluna qoyub. Qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə bu məlumat ictimaiyyətə açıqlanacaq. Belə ki, liqa rəhbərliyi Stenli Kubokunun finalını Kanadanın Edmonton şəhərində keçirməyi planlaşdırır. Halbuki, namizədlər arasında Las-Veqas, Vankuver, Çikaqo və Los-Anceles şəhərləri də var idi.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25