Milli Məclisin buraxılması ilə bağlı məsələ müzakirəyə çıxarılacaq

29 Noyabr 2019 13:54

Xəbər 25 dəfə oxunub

Milli Məclisin buraxılması ilə bağlı məsələ dekabrın 2-də müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Oqtay Əsədov məlumat verib.Sədr bildirib ki, Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması ilə bağlı Milli Məclisə müraciət edib. Məsələyə baxıldıqdan sonra Azərbaycan Prezidentinə müraciət ünvanlanacaq.xeber100.com

“Seçki günü üçün yaddaş” kitabçası hazırlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində "Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.MSK-dan Azərtac-a bildiriblər ki, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları ilə bağlı məlumatlarının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.Nəşrdə MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Sədr müraciətində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsində məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladır, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsində onlara uğurlar arzulayır.Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub.Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.xeber100.com

Noyabr 23, 2019 17:17