Milli Məclisin növbəti iclası keçirilir

19 Noyabr 2019 15:54

Xəbər 20 dəfə oxunub

Noyabrın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyi təqdim edib.İclasın gündəliyinə 21 məsələ daxildir.xeber100.com

“Seçki günü üçün yaddaş” kitabçası hazırlanıb

Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində "Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.MSK-dan Azərtac-a bildiriblər ki, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları ilə bağlı məlumatlarının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.Nəşrdə MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Sədr müraciətində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsində məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladır, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsində onlara uğurlar arzulayır.Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub.Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.xeber100.com

Noyabr 23, 2019 17:17