Milli Məclisin plenar iclasının gündəliyinə dəyişiklik edilib

4 May 2022 15:07

Xəbər 194 dəfə oxunub

Milli Məclisin mayın 5-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, mayın 5-də keçiriləcək iclasın gündəliyinə daha iki məsələ əlavə olunub. Beləliklə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında;

2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;

5. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

6. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

10. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

11. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

12. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

14. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

15. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

16. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

18. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

20. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

21. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).xeber100.com

Milli Məclisin payız sessiyasında iclasın gündəliyinə 28 məsələ daxil edilib

Noyabrın 29-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir.İclasın gündəliyinə 28 məsələ daxil edilib. 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş); 2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 5. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 10. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 11. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 15. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 16. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 17. “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 19. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 21. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi; 22. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 24. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 25. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 26. Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 27. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 28. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).xeber100.com

Noyabr 29, 2022 11:10

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür

Bu gün müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Dövlətlər yarandıqca, inkişaf etdikcə müstəqil konstitusiyaların yaradılmasına və qəbul edilməsinə ehtiyac olub. Müstəqillik əldə edənə kimi, yəni SSRİ-nin tərkibində olan zaman Azərbaycanın 1921, 1925, 1936 və 1978-ci illərdə konstitusiyaları qəbul edilib. Lakin bu konstitusiyaların heç biri Azərbaycanın müstəqilliyini ifadə etmirdi.Bu fikirləri Azərtac-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı hüquq üzrə fəlsəfə doktoru İlham Əliyev deyib. O bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlayaraq Azərbaycanın inkişafı, müstəqilliyinin daimi olması, vətəndaş cəmiyyətinin, demokratik, hüquqi və dünyəvi dövlətin bərqərar olması üçün çalışırdı: “Konstitusiya layihəsi xalqın müzakirəsinə təqdim olundu və 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsində mütləq referendumla həll edilməli məsələlər sırasına Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi aid edilib. Konstitusiyaya əlavələr isə Azərbaycan Respublikası Prezidentinin və Milli Məclisinin deputatlarının təklifi əsasında Milli Məclisdə Konstitusiya qanunları şəklində səsvermə yolu ilə qəbul edilir. Ümummilli lider Heydər Əliyev də bu səbəblərdən irəli gələrək 2002-ci il iyunun 22-də “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi keçirilməsi haqqında” Fərman imzaladı.2009-cu ildə günün, zamanın tələbinə uyğun olaraq Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi zərurəti yarandı. Martın 18-də ümumxalq səsverməsi-referendumla Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edildi.Konstitusiyamıza növbəti dəyişikliklərin təşəbbüskarı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı dahi şəxsiyyət Heydər Əliyevin strategiyasını uğurla davam etdirərək Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında layiqli yerini tutması, dünyaya inteqrasiya etməsi üçün zəruri addımlar atıb, islahatlar aparıb. Azərbaycan Respublikasının Prezidenti 2016-cı il iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzaladı”.Müsahibimiz vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan böyük zəfər də Konstitusiyamızın tələblərinin yerinə yetirilməsinin mənəvi nəticəsidir: “Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 27-cı ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub”.xeber100.com

Noyabr 12, 2022 14:07

9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur

9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan Bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Dövlət Bayrağı haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, fotolar, Dövlət Bayrağımızın tarixi, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.xeber100.com  

Noyabr 9, 2022 14:23

Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunur

Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd olunur. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Gerçəkdən Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündən sonra Türkiyə Cümhuriyyəti Türk dünyasında ay-ulduzlu bayrağı yüksəldən yeganə məqam oldu. Atatürk Türk xalqlarının XX əsrdə dünyaya verdiyi bir türk dahisidir. Türk adını millətlərin və xalqların demokratiya, hüquqi dövlət və istiqlal xəritəsinə ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə həkk edildi, ardınca Atatürk bu imzanı əbədi olaraq dünya xəritəsinə yazdı. Doğrudan da, bugünkü Türkiyə varlığına görə göydə Tanrıya yerdə isə Atatürkə borcludur. O, məhv olmaq təhlükəsinə rəğmən, bir Türkiyə Cümhuriyyəti yaratmaqla ümidlərimizin tamamilə yox olmasına dur deyə bilmişdir. O zaman üçün önəmli olan dünyada bir Türk dövlətinin olması idi. Atatürk də çalışırdı ki, həmin zamanın tələblərinə uyğun olaraq Türkiyəni qorusun və yaşatsın. Atatürk sonralar Azərbaycanın Sovet Rusiyasının əlində müstəmləkə halına gəldiyini görərək ürəkağrısı ilə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kimi ifadə etmişdir. Eyni zamanda, Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və o zaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmağa hazır olmalıdırlar: “Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir”. Mustafa Kamalın bu fikirləri göstərir ki, o, heç zaman türklüyü Türkiyə türklüyü ilə məhdudlaşdırmamışdır, əksinə, ustadı Ziya Gökalp kimi, türklüyü Turan ülküsü kimi daha geniş anlamda götürmüşdür. Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib. Vurğulanıb ki, 100 il əvvəl Bakının azad olunmasında, Çanaqqala savaşında çiyin-çiyinə duran iki dövlətin bir millətə mənsub qəhrəman əsgərlərin ruhu bu gün Azərbaycanın Zəfər Savaşında Bakı və Ankaranın diplomatik savaşda birgə qələbəsindən şad oldu. Qarabağın azadlığı, həm də gələcək xəyallarımızın gerçəkləşməsi yolunda ümid çırağını yandırmış oldu. Bu qələbə ilə, yüz illərdir bu yolda vətən sağ olsun deyib şəhadət şərbətini içən şəhidlərimizə olan vəfa borcumuzu qaytardıq. Bu qələbə həm də alnımıza vurulmuş namus ləkəsini silib, bizi böyük bir utancdan qurtarmış oldu. Bu arzumuzu gerçəkləşdirən, şəhadət şərbətini içib, qanı ilə Qarabağda zəfər dastanını yazan, müzəffər Azərbaycan Ordusuna alqış deyir və şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirik. Bu Zəfər Türk Dünyasında 100 ildən sonra ikinci yüksəliş dalğası yaratdı. Diqqətə çatdırılıb ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Bununla da türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti 100 il ərzində dayandırıldı. Artıq bu gün Zəngəzur regionunda Azərbaycan bayrağı dalğalanır. Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması da bu reallığın bariz təcəssümüdür. Eləcə də bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider olaraq tarix yazmaqdadır. Qarabağ müharibəsi və Zəngəzur dəhlizi layihəsi “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizini aktuallaşmasından qaynaqlanırdı: Ankara və Bakı geosiyasi dəyişikliyi doğru oxumağı və bu dəyişiklikdə aparıcı oyunçular olmağı bacardı. Bugünkü dünyanın siyasi düzənində Türk Dünyasının yeri və birliyi Atatürk Cümhuriyyətinin layiqli lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən dəqiq ifadə olunmuşdur: “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq çox böyük bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”. Fəzail İbrahimli bildirib ki, müasir dünya artıq ümumbəşəri dəyərlərlə yaşadığını çox tez-tez bəyan etsə də, reallıq çox zaman bunun əksini göstərir – son illərin beynəlxalq təcrübəsi dönə-dönə sübut etdi ki, milli ehtiraslar dünyanın siyasi xəritəsini dəyişməyə, böyük fəlakətlər törətməyə qabildir. Demokratiya, azadlıqlar, insan hüquqları kimi anlayışlar Qərb cəmiyyətləri üçün əhəmiyyətlidir. Xüsusilə, demokratiyanın beşiyi sayılan Avropa dövlətləri davamlı olaraq başqa ölkələrin demokratiyalarını sərt tənqid edir, hər zaman daha irəli demokratiya tələb edirlər. Avropanın türk dünyasına, özəlliklə müsəlman aləminə olan münasibətini yaxşı bilirik. Qədim və şərəfli bir keçmişi olan, zaman-zaman çətin anlardan ləyaqətlə çıxan qəhrəman millətimiz Türk qürur və şüuru, Türk əxlaq və fəziləti, Türk millətçiliyi, ideologiyası ilə bu durumdan da alnıaçıq, üzüağ çıxacaq. Bu, kеçmişdə bеlə olub, gələcəkdə də bеlə olacaq.xeber100.com

Oktyabr 28, 2022 15:06

Milli Məclisin növbəti plenar iclasına 21 qanun layihəsi daxil edilib

Oktyabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 21 qanun layihəsi daxil edilib. 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş); 2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 5. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 10. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 11. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 13. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 14. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 16. “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 18. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 21. “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).xeber100.com

Oktyabr 18, 2022 14:58

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyi açıqlanıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2022-ci il payız sessiyası oktyabrın 10-dan 14-dək keçiriləcək.AŞPA payız sessiyasının gündəliyində Qərbi Balkan ölkələrinin Avropa perspektivləri, islamofobiya və ya müsəlmanlara qarşı rasizmlə mübarizə və peyvənd ayrı-seçkiliyi kimi məsələlər əks olunub.İrlandiyanın Prezidenti Maykl Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis, Albaniyanın Baş naziri Edi Rama Assambleyada çıxış edəcək və parlamentarilərin suallarının cavablandıracaqlar. Həmçinin payız sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də parlamentarilərin suallarını cavablandıracaq.İrlandiyanın Avropa məsələləri üzrə dövlət katibi Tomas Birn Avropa Şurasına İrlandiyanın sədrliyi çərçivəsində Nazirlər Komitəsinin kommunikasiyasını təqdim edəcək.Payız sessiyasının gündəliyində siyasi motivli sanksiyalar tətbiq etmək üçün dövlətlərin Şengen informasiya sistemindən sui-istifadə etməsi, Brexit-in İrlandiya adasında insan hüquqları üçün nəticələri, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, deportasiya zamanı qeyri-qanuni miqrasiya idarəçiliyi tədbirləri, idmanda qadınlara qarşı ayrı-seçkilik, Rumıniya və Macarıstanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərə riayət edilməsi, eləcə də əmək hüquqlarının nəzərdən keçirilməsi haqqında məruzələr müzakirə olunacaq.AŞPA sessiyasında “Avropa Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin başlamasından altı ay sonra” və “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanlarından taxılın ixracı” kimi cari məsələlərlə bağlı debatlar aparılacaq.Assambleya sessiyanın ilk günündə yekun gündəliyi təsdiqlənəcək. Payız sessiyası müddətində qurumun komitə iclasları keçiriləcək.xeber100.com

Sentyabr 22, 2022 13:35

ICESCO Regional ofisinin yaradılması ilə bağlı məsələ müzakirə olunacaq

Milli Məclisdə Azərbaycanda ICESCO Regional ofisinin yaradılması ilə bağlı məsələ müzakirə olunacaq.Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib. Deputatlar Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi məsələsinə baxacaqlar.Beləliklə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə 16 məsələ daxil edilib: 1.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı; 2.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı; 3.“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 4.“Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 5.“Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 6.“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 7.“İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 8.“Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 9.“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 10.“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 11.“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 12.“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 13.“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 14.“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 15.“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 16.“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.xeber100.com

Sentyabr 20, 2022 15:06

İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti təxribatlardan yazır…

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin “Insideover” analitik-informasiya portalında Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məqalə dərc olunub.Portalın baş redaktoru Matteo Karnielettonun müəllifi olduğu məqalədə ötən günlərdə dövlət sərhədində gərginliyin yenidən artığı və döyüş toqquşmasının baş verdiyi vurğulanıb. İşğaldan azad olunan ərazilərimizdə, o cümlədən Füzuli rayonunda müşahidə etdiklərini qələmə alan müəllif Qarabağda yeni yolların çəkildiyini diqqətə çatdıraraq bildirib: “Ərazidə yük maşınları, rayonun infrastrukturunun qurulmasında fəaliyyət göstərən şirkətlərin (“Azərsu” və “Azərenerji”) müasir “off-road” və köhnə sovet avtomobilləri var idi. Biz Füzuliyə çatanda hər şey normal görünürdü, baxmayaraq ki, bir neçə saat əvvəl Azərbaycan ilə Ermənistan arasında gərginlik yenidən alovlanmışdı. On illərdir qarşı-qarşıya qalan iki ordu arasında nə baş verdiyi bizə hələ tam aydın deyildi. Bakı İrəvan tərəfindən hücuma məruz qaldığını bildirir”. Yazıda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinad edilərək qeyd olunur ki, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonlarındakı bəzi mövqeləri və dayaq məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Müəllif toqquşmaların bir neçə saat ərzində güclənə biləcəyi və 2020-ci ildəki kimi yeni müharibənin başlaya biləcəyi ilə bağlı narahatlığın olduğunu qeyd edir. Lakin vurğulanıb ki, səhər saatlarında Bakı ilə İrəvan arasında atəşkəs razılaşması elan olunub. Füzuli ilə bağlı təəssüratlarını bölüşən Matteo Karnieletto bildirir: “Qarabağın qapısı sayılan Füzuli bizi quraq çölləri ilə qarşılayır. Bir vaxtlar burada yamyaşıl üzüm bağları olub, indi isə əraziyə daxil olmaq mümkün deyil. Lakin bir zamanlar meyvə ağaclarına bərkidilən dirəklər hələ də ayaqda duran keşikçilər kimi qalır. Artıq bu ərazilərdə heç nə bitmir: ərazi faktiki olaraq minalarla doludur. Bu, bizim üzləşdiyimiz ilk problemdir. Lakin ərazinin minalardan təmizlənməsi asan məsələ deyil. Çünki burada kvadratkilometrlərlə minalanmış ərazi var”.xevber100.com  

Sentyabr 14, 2022 15:05