Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “II Türk Dünyası Muzeylər Görüşü” tədbiri çərçivəsində “Türk dünyası simvolu – xalça” adlı beynəlxalq konfrans işə başlayıb.
Konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin Türk dünyasının mədəni irsinin qorunması baxımından çox önəm daşıdığını bildirib. Qeyd edib ki, konfrans çərçivəsində keçiriləcək “Ümumdünya mədəni irsi -xalça”, “Xalçanın dili – damğalar” adlı sessiyalar çox böyük maraq doğurur.
TÜRKSOY-un Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, bu tədbirin TÜRKSOY-un 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir. Bildirib ki, Bakıda keçirilən ikigünlük konfransdan sonra tədbir Şuşa şəhərində davam edəcək.
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan çox mütəxəssis məruzələrlə çıxış edəcək.
İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…