Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələri, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, müddətli həqiqi hərbi xidməti başa vurmuş, tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək kişilər və tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək qadınlar, həmçinin Azərbaycan Ordusu və ya digər Silahlı Qüvvələr tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.Namizədlər Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşayış yerlərinin yaxınlığında yerləşən hərbi hissələrə müraciət edə bilərlər. Müraciət edənlərin nəzərinə çatdırırıq ki, vakant hərbi və mülki vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…