Müdafiə Nazirliyinin məlumatı əsasında…

18 İyun 2020 15:04

Xəbər 451 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Xarici İşlər Nazirliyi təxribatla bağlı açıqlama yayıb

İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər.Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq.Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.xeber100.com

İyul 12, 2020 20:24

Türkiyə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib

İyulun 5-də Türkiyə yeni növ koronavirusla (COVID-19) mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.Azərtac xəbər verir ki, yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxildir.Qardaş ölkənin bu addımının yüksək qiymətləndirildiyini vurğulayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan və Türkiyə hər bir məsələdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də birlikdədirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə Azərbaycana çatdırılan bu yardım, bizim qardaşlığımızın bariz nümunəsidir. Azərbaycan və Türkiyə beynəlxalq müstəvidə də COVID-19-a qarşı mübarizədə birgə səy göstərirlər. Azərbaycan da 30-dan çox ölkəyə yardım göndərib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına da dəstək göstərib”.Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında sıx əlaqələrin olduğunu bildirib. Qeyd edib ki, Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi, qoruyucu ləvazimat yardımı göstərib, dərman preparatları göndərib.Səfir vurğulayıb ki, Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini vermək üçün maksimum səy göstərir: “Bu gün etdiyimiz bu yardım qardaş Azərbaycanın mübarizəsinə töhfə xarakteri daşıyır. Aramızdakı yaxın münasibətlərin nəticəsi olan bu yardım, iki ölkənin dövlət başçıları – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlıqlarının təzahürüdür. Fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımızın yaxınlarına  başsağlığı verir, xəstələrə tez bir zamanda şəfa diləyirik”.xeber100.com

İyul 6, 2020 17:53

Qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilib

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə iyunun 22-də Moskvada hərbi parad keçirilib.Azərtac xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin fəxri qonaqlar və veteranlarla birlikdə paradı izləyib.Tədbirdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə qonaq qismində iştirak edib.Azərbaycan Ordusunun 75 hərbçisindən ibarət parad heyəti hərbi marşla tribunaların önündən keçib. Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.Hərbi paradda 14 minə yaxın hərbçi, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan hərbi qulluqçuları iştirak ediblər. Hərbi paradın fəxri qonaqları arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xarici ölkələrin Moskvadakı səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və başqaları yer alıblar.Qızıl meydanın üzərindən 75 təyyarə və helikopter uçub, 200 müasir və müharibə dövrünə aid 18 hərbi texnika tribunalar önündən keçib.Sonra Rusiya Prezidenti Vladimir Putin və paradın fəxri qonaqları birlikdə Kremlin divarları yaxınlığında Naməlum əsgərin məzarı önünə əklil qoyublar.Xatırladaq ki, Qələbə paradı koronavirus pandemiyasına görə mayın 9-dan iyunun 24-nə keçirilib. 1945-ci ildə Böyük Vətən müharibəsində Qələbədən sonra Qızıl meydanda məşhur parad da iyunun 24-də keçirilmişdi.Mayın 9-na nəzərdə tutulmuş parada bir çox ölkələrin liderləri dəvət almışdılar. Tədbirdə iştirakı təsdiqlənmiş bir çox digər dövlət və hökumət başçıları koronavirus pandemiyası ilə əlaqədar Moskvaya səfərlərini təxirə salmalı olublar.Qələbə bayramı münasibətilə günün sonunda - Moskva vaxtı ilə saat 23:00-da Rusiya paytaxtında atəşfəşanlıq olacaq.xeber100.com

İyun 24, 2020 15:05