Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 97-ci iclası keçirilib

17 Mart 2023 13:56

Xəbər 53 dəfə oxunub

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb. Görüşdə MDB-də iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. MDB-nin aqrar-sənaye kompleksi üzrə Hökumətlərarası Şurasının 2019–2022-ci illərdə fəaliyyəti və Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə nüvə enerjisinin ictimai məqbulluğunun formalaşdırılmasında MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, 2030-cu ilə qədər olan dövr üçün MDB ölkələrinin innovasiyalar sahəsində əməkdaşlığının Dövlətlərarası Proqramının iştirakçıları olan dövlətlərin innovasiyaların kommersiyalaşdırılması mərkəzlərinin fəaliyyəti məsələlərinə baxılıb.

İclasın yekununda radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsində MDB-yə üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında saziş layihəsi, “Radionaviqasiya” Dövlətlərarası Şurasının 2018–2021-ci illərdə fəaliyyəti haqqında, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokolun layihəsi, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yer təkindən istifadə və onun mühafizəsi üzrə 2021–2025-ci illər üçün birgə işlərin uzunmüddətli planının icrası haqqında layihə və digər sənədlər imzalanıb.xeber100.com

“Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək

İyunun 13-14-də VISA ilə əməkdaşlıq çərçivəsində Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, sammit “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda təşkil olunacaq. Sammitdə “Ayrılmaz ekosistemlər: bankçılıq və fintex”, “Super bank tətbiqi və ya super fintex”, “Embedded” bankçılıq və bankçılıq xidmət kimi”, “Rəqəmsal mühitdə rəqəmsal aktivlər”, “Müxbir əlaqələr: dayanıqlılıq vacibdir”, “Kreditləşmədə yeni yanaşmalar”, “Kibertəhlükəsizlik” mövzularında müzakirələr aparılacaq. Qeyd edək ki, sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir. Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcək.xeber100.com

Mart 27, 2023 15:01

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 97-ci iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb. Görüşdə MDB-də iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. MDB-nin aqrar-sənaye kompleksi üzrə Hökumətlərarası Şurasının 2019–2022-ci illərdə fəaliyyəti və Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə nüvə enerjisinin ictimai məqbulluğunun formalaşdırılmasında MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri, 2030-cu ilə qədər olan dövr üçün MDB ölkələrinin innovasiyalar sahəsində əməkdaşlığının Dövlətlərarası Proqramının iştirakçıları olan dövlətlərin innovasiyaların kommersiyalaşdırılması mərkəzlərinin fəaliyyəti məsələlərinə baxılıb. İclasın yekununda radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsində MDB-yə üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında saziş layihəsi, “Radionaviqasiya” Dövlətlərarası Şurasının 2018–2021-ci illərdə fəaliyyəti haqqında, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokolun layihəsi, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yer təkindən istifadə və onun mühafizəsi üzrə 2021–2025-ci illər üçün birgə işlərin uzunmüddətli planının icrası haqqında layihə və digər sənədlər imzalanıb.xeber100.com

Mart 17, 2023 13:56

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qardaş ölkəyə humanitar yardım göndərib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərib. QSC-dən bildirilib ki, faciədən zərər çəkmiş şəxslərin, eləcə də xilasedici heyətin zəruri ehtiyaclarının qarşılanması məqsədilə generator, elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün isti geyim dəstləri, yataq ləvazimatları və s. mal və avadanlıqlar Heydər Əliyev Fondunun xətti ilə fəlakət zonasına göndərilməsi üçün aidiyyəti üzrə təqdim edilib. Qeyd edək ki, fevralın 6-da çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüzminlərlə vətəndaş, müxtəlif dövlət və özəl müəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları qoşulublar. “AzerGold” QSC faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, dağıntılar altında qalmış insanların tezliklə xilas olmasını, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.xeber100.com

Fevral 12, 2023 13:27