“NATO-suz həyat – sülh üçün ideyalar” mövzusunda simpozium keçirilib

22 May 2022 15:46

Xəbər 64 dəfə oxunub

Berlin Humboldt Universitetində “NATO-suz həyat – sülh üçün ideyalar” mövzusunda simpozium keçirilib.Universitetin akademik kanalları ilə yayılan simpoziumun anonsunda “NATO-nun öz təhlükəsizlik maraqlarının başqalarının hesabına həyata keçirildiyi və qlobal miqyasda rəqiblərə qarşı mövqe tutan hərbi ittifaqa çevrildiyi” qeyd olunub.Tədbir hibrid formatda təşkil olunub: spikerlərin bir hissəsi videoəlaqə vasitəsilə çıxış ediblər. İştirakçılar arasında Almaniya Sol Partiyasının və sosialistlərin nümayəndələri üstünlük təşkil edib. Tədbir iştirakçıları NATO-nun genişləndirilməsi məsələlərini və onun dünya təhlükəsizliyinə təsirini müzakirə ediblər. Çıxış edənlərin çoxu Şimali Atlantika blokunu beynəlxalq təhlükəsizlik üçün əsas təhdid hesab ediblər.Onlar Ukraynada hərbi əməliyyatların dayandırılması, hər iki ölkə – həm Rusiya, həm də Ukraynanın təhlükəsizlik maraqlarının qorunmasının tərəfdarıdırlar. Onlar yalnız atəşkəsdən sonra mümkün olan sülhə çağırıblar.xeber100.com

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13