Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı əsasında…

2 İyun 2021 19:34

Xəbər 112 dəfə oxunub

İyunun 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 54 min 379 doza vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 47876, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6503 nəfər olub.Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 367 min 94-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 452 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 914 min 320 nəfərdir.xeber100.com