Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə…

22 Oktyabr 2020 13:12

Xəbər 49 dəfə oxunub

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, daha 171 nəfər sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 47 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib. Aktiv xəstə sayı 6151 nəfərdir.Ötən müddət ərzində 1 milyon 260 min 193 test aparılıb. Bugünkü test sayı isə 9457-dir.xeber100.com

“Annals of the American Thoracic Society” jurnalı yazır…

Xəstəxanalarda COVID-19 ilə bağlı ölüm hallarının sayı qrip ilə əlaqədar ölüm hallarından iki dəfə çoxdur. Qripdən ölənlərin statistikası göstərir ki, onların bir çoxu evdə dünyasını dəyişirlər, çünki bu virusu təhlükəli hesab etmirlər.Azərtac xəbər verir ki, bu barədə “Annals of the American Thoracic Society” jurnalında xəstəxanalarda koronavirus və qripdən ölüm hallarını təhlil edən araşdırmanın nəticələrində bildirilib.Qeyd edilib ki, söhbət xəstəxanalara ağır qrip və koronavirus formaları ilə müraciət edənlərdən gedir. COVID-19 ilə xəstələrdə ölüm nisbəti 40 faiz, qrip xəstələri arasında isə 19 faiz təşkil edir.Bu məlumatlar xəstənin yaşından, cinsindən, digər xəstəliklərin mövcudluğundan asılı deyildi. Bu, ABŞ-da COVID-19 və qrip xəstələrində klinik xüsusiyyətləri, laboratoriya nəticələrini birbaşa müqayisə edən ilk tədqiqatdır. Əvvəllər bu xəstəliklər arasındakı ölüm halı, xəstəxanalara qəbul olub-olmamasından asılı olmayaraq, bütün xəstələrin ümumi xüsusiyyətlərinə görə müqayisə olunurdu.COVID-19 üçün dəqiq ölüm nisbətini hesablamaq olduqca çətindir, çünki tam olaraq nə qədər insanın xəstə olduğunu təyin etmək mümkün deyil. Pandemiyanın ilk aylarında yalnız ən ağır xəstələrə testlər edilirdi və asimptomatik və ya yüngül halların 90 faizindən çoxu nəzərə alınmırdı. O zaman sadə hesaba əsaslanaraq, koronavirusdan ölüm nisbətinin demək olar ki, 10 faizə yaxınlaşdığı nəticəyə gəlirdilər. Daha sonra, asimptomatik xəstələr üçün düzəlişlə Dünya Səhiyyə Təşkilatı onu 0,6 faizə endirdi, bu da mövsümi qrip üçün 0,1 faizdən çox yüksəkdir.xeber100.com

Noyabr 17, 2020 13:02