“Neftçi” futbol klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb

14 Mart 2020 13:45

Xəbər 49 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.Azərtac xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, “Neftçi” böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb.Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.xeber100.com