Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

1 Avqust 2019 12:02

Xəbər 94 dəfə oxunub

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar artaraq 65,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 57,81 dollar təşkil edib.xeber100.com

MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib

Dekabrın 6-da Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda Azərbaycanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.Türkmənistanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələri ilə bağlı məsələlər daxil edilib. Müzakirələrin əsas mövzusu 2030-cu ilədək MDB-nin iqtisadi inkişaf strategiyasının layihəsi olub. Sənəd dünyada cərəyan edən iqtisadi proseslərin dinamikasının, habelə birlik ölkələrinin inkişaf potensialının təhlili əsasında yaxın onillikdə MDB-nin iqtisadi inkişafının məqsəd və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etməyə yönəlib.Strategiyanın həyata keçirilməsi MDB ölkələrinin iqtisadiyyatının rəqabət qabiliyyətini, vətəndaşların rifahını yüksəltməyə imkan verəcək, dünya təsərrüfat sistemində əlaqələri möhkəmlədəcək.İclasda enerji resurslarının istehsalı və istehlakının proqnozu, dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti konsepsiyası, məhsulların və xidmətlərin keyfiyyəti sahəsində uğurlara görə mükafat uğrunda müsabiqə haqqında əsasnamənin yeni redaksiyasının layihəsi barədə MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilib.xeber100.com  

Dekabr 6, 2019 14:26

OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

Dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.Azərtac xəbər verir ki, toplantıda qlobal neft tədarükü və aşağı tələbat məsələləri müzakirə ediləcək. İclasda OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirləri iştirak edəcək.OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası isə bu gün qapalı keçiriləcək və üzv ölkələrin istehsal kvotalarının monitorinqi məsələsi müzakirə olunacaq.OPEC Nazirlər Şurasının 177-ci iclasında qlobal neft bazarındakı mövcud tədarük bolluğu və aşağı neft tələbatının qiymətləndirilməsi gözlənilir. Görüşdən sonra bəzi nazirlər jurnalistlərin suallarını cavablandıracaq.Dekabrın 6-da isə OPEC və qeyri-OPEC ölkələri (“OPEC plus”) nazirlərinin 7-ci görüşü, sonra isə mətbuat konfransı keçiriləcək. İclasda Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC-in müzakirə edəcəyi ən vacib məsələlər hasilatın azaldılması üzrə müqaviləsinin müddətinin uzadılması və istehsal məhdudiyyətlərinin həcminin artırılması olacaq.Rusiya başda olmaqla qeyri-OPEC ölkələri isə kartelin qərarını dəstəkləyib-dəstəkləməməyi müzakirə edəcək.Xatırladaq ki, ötən ilin dekabrında OPEC-ə üzv ölkələrdə üzrə neft hasilatının gündəlik orta hesabla 800 min barrel azaldılması qərara alınıb, bu həcmin 500 min barreli Səudiyyə Ərəbistanı tərəfindən qarşılanıb.Razılaşmaya əsasən, OPEC-ə daxil olmayan ölkələr isə neft istehsalını sutkada orta hesabla 400 min barrel azaltmağa razı olub və Rusiya bu həcmin 228 min barrelinə cavabdehlik götürüb.Sazişin müddəti bu il iyulun 1-dən 2020-ci ilin birinci rübünün sonunadək uzadılıb.xeber100.com

Dekabr 5, 2019 11:10

“Buta Airways” birbaşa uçuşlar həyata keçirməyə başlayacaq

Loukost aviaşirkəti “Buta Airways” dekabrın 23-dən Bakıdan Ukraynanın Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.Aviaşirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, beləliklə, “Buta Airways”in Ukraynadakı istiqamətlərinin sayı 4-ə çatmış olacaq. “Buta Airways” artıq Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.Lvovu Ukraynanın mədəni paytaxtı adlandırırlar. Qədim Lvov heyrətamiz dərəcədə ahəngdar bir Avropa şəhəridir. Buraya şəhərin mərkəzində gəzmək, muzeylərə baş çəkmək, çoxsaylı küçə musiqiçilərini dinləmək və Qərbi Ukraynanın çox zəngin mədəniyyəti ilə tanış olmaq üçün gəlirlər.Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. "Super" tarifi 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.xeber100.com

Noyabr 29, 2019 13:37

MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək

Dekabrın 6-da Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, iclasda Türkmənistan sədrlik edəcək. İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələri ilə bağlı məsələlərin geniş kompleksi daxildir.Müzakirələrin əsas mövzusu 2030-cu ilə qədər olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyasının layihəsidir. Bu sənəd dünyada cərəyan edən iqtisadi proseslərin dinamikasının, habelə Birlik ölkələrinin inkişaf potensialının təhlili əsasında yaxın onillikdə MDB-nin iqtisadi inkişafının məqsəd və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etməyə yönəlib.Strategiyanın həyata keçirilməsi MDB ölkələrinin iqtisadiyyatının rəqabət qabiliyyətini, vətəndaşların rifahını yüksəltməyə imkan verəcək, dünya təsərrüfat sistemində əlaqələri möhkəmlədəcək.İclasda enerji resurslarının istehsalı və istehlakının proqnozu, dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti konsepsiyası, məhsulların və xidmətlərin keyfiyyəti sahəsində uğurlara görə mükafat uğrunda müsabiqə haqqında əsasnamənin yeni redaksiyasının layihəsi barədə MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi məsələləri nəzərdən keçiriləcək.xeber100.com

Noyabr 28, 2019 11:22