Nikita Mixalkov: Oskarı siyasiləşdirilmiş bir mükafat hesab edirəm

10 Sentyabr 2019 12:04

Xəbər 31 dəfə oxunub

Rusiyanın Kinematoqrafçılar Birliyinin sədri, rejissor Nikita Mixalkov son zamanlar verilən mükafatların incəsənətə aid olmadığını, siyasiləşdirilmiş bir addım olduğunu düşünür.TASS agentliyi xəbər verir ki, bundan əvvəl rus filmlərini akademiyaya təqdim edən, Rusiyanın Oskar komitəsinin sədri, rejissor Vladimir Menşov akademiyanın islahata ehtiyacı olmadığını bildirmişdi.“Mən o qədər sözügedən akademiyaya inanmıram ki, onun islahatlar aparmasını heç düşünmürəm. Bununla yanaşı, Rusiyanın Oskar komitəsinə də etibarım yoxdur. Çünki siyasi şəraitə uyğun olmayan qərarların verilməsi heç bir uğur gətirməyəcək”, -deyə N.Mixalkov qeyd edib.xeber100.com

Dövlət Turizm Agentliyinin məlumatına görə…

Sentyabrın 9-da Azərbaycan Turizm Bürosu Hindistanın böyük şəhərlərində keçirəcəyi silsilə tədbirlərə Yeni Dehli şəhəri ilə start verib.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, tədbirdə Yeni Dehli şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.Tədbir çərçivəsində Yeni Dehli şəhərinin 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə mətbuat konfransı keçirilib.Mətbuat konfransında Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, AZAL-ın icraçı direktorunun müavini, eyni zamanda “Buta Airways”in direktoru Nazim Səmədov iştirak ediblər.Onlar maraq doğuran sualları cavablandırıblar və jurnalistlərə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat veriblər.Azərbaycan və Hindistan arasında tarixi əlaqələrdən danışan Florian Zenqstşmid bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağının gözlənildiyini açıqlayıb.Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Dehli şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində də silsilə təqdimatlar təşkil edəcək.xeber100.com  

Sentyabr 10, 2019 11:51

Teatrlar sentyabr ayının afişasını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək.Azərtac xəbər verir ki, sənət ocağı sentyabrın 21-də yeni mövsümü “Qarabağnamə” ilə açdıqdan sona repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək.Belə ki, sentyabrın 22-də “Cəhənnəm sakinləri”, 26-da “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də isə “Bir iki, bizimki” tamaşaları nümayiş olunacaq. Bundan başqa, sentyabrın 28-də “Manqurt”, 29-da isə “Şah Qacar” tamaşaları təqdim olunacaq.Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da digər sənət ocaqları kimi bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.Sənət ocağı sentyabrın 20-də “O olmasın bu olsun”la mövsümü açacaq. Sentyabrın 21-də “Ər və arvad”, 22-də “Arşın mal alan”, 27-də isə “Silva” (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də “Qodonun intizarında”, 29-da isə “999-cu gecə”ni izləyə biləcəklər.Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.Teatr mövsümü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə mövsümü sentyabrın 14-də “Kişilər və qadınlar”la açacaq.Bundan başqa, sənət ocağı sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.xeber100.com

Sentyabr 3, 2019 14:33

26 Avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.Azərtac xəbər verir ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir.xeber100.com

Avqust 26, 2019 13:09