Növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif edilib

8 Avqust 2020 22:48

Xəbər 1145 dəfə oxunub

Beyrutda davam edən iğtişaşlar zamanı bir polis əməkdaşının öldürüldüyü, daha 5 qanun keşikçisinin isə yaralandığı bildirilir. Bu dəqiqələrdə nümayişçilər İqtisadiyyat və Xarici İşlər nazirliklərinin binalarından uzaqlaşdırılır. Onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilir. Hazırda Beyrutun Şəhidlər meydanı və nazirliklərin binaları polisin nəzarəti altındadır.Azərtac xəbər verir ki, parlamentin daha iki üzvü istefa verdiyini bəyan edib. Onlar hökumətdən təcili islahatlar və növbədənkənar parlament seçkiləri keçirilməsini tələb edirlər.Baş Nazir Həsən Diyab xalqa müraciət edib. O deyib ki, xalqın hökumətə qəzəbini haqlı hesab edir və tezliklə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini Prezident Mişel Auna təqdim edəcək. “Livan öz tarixində ən çətin günlərini yaşayır və son hadisələrin fəsadlarını aradan qaldırmaq mümkün olmayacaq. Biz korrupsiyanın qarşısını almaq, sosial-iqtisadi böhranı aradan qaldırmaq istiqamətində də tədbirlər həyata keçirəcəyik. Beyrut limanında baş vermiş partlayışın təqsirkarlarını məsuliyyətə cəlb edənədək istintaq davam edəcək”, – deyə hökumətin başçısı vurğulayıb.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00