Növbəti Formula 1 Qran-Pri mərhələsi Fransada keçiriləcək

10 İyun 2019 14:47

Xəbər 76 dəfə oxunub

“Mercedes”in britaniyalı pilotu Lüis Hamilton Formula 1 sinfində maşınların dünya çempionatının yeddinci mərhələsinin – Kanada Qran-Prisinin qalibi olub.Azərtac xəbər verir ki, hazırkı dünya çempionu L.Hamilton karyerasında 78-ci, mövsümdə beşinci, və Monrealda yeddinci qələbəsini qazanaraq Mixail Şumaxerin rekordunu təkrarlayıb.“Ferrari”nin pilotu alman Sebastyan Fettel finiş xəttini birinci keçib. L.Hamilton ondan 1,342 saniyə geri qalıb. Lakin 48-ci dövrədə trasa təhlükəli qayıdışına görə finişdə Fettelin vaxtına 5 saniyə cərimə əlavə olunub.S.Fettel trasa qayıdarkən L.Hamiltonun yoluna çıxaraq az qala onun divara çırpılmasına səbəb olub.S.Fettel deyib: “Mən trasa otun üstündən keçərək qayıtmağa məcbur oldum. Nə edə bilərdim ki? Bu, onun səhvidir, çünki yolun o biri hissəsindən keçdi. Bəxtim gətirdi ki, özüm divara çırpılmadım. Bu ədalətsizlikdir. Qəzəbliyəm və buna tam haqqım çatır”.Nəticədə S.Fettel ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri Fettelin komanda yoldaşı Şarl Lekler tutub.Hiddətlənmiş Fettel finişdən sonra mətbuata müsahibə verməkdən imtina edərək stüardların otağına qalxıb. Onun cəriməyə etiraz etmək cəhdləri uğursuz olub. Fettel yürüşdə yekun yerlərinin qeyd edildiyi lövhələri də dəyişdirib.L.Hamilton 162 xalla şəxsi hesabda liderliyini möhkəmləndirib. İkinci yerdə onun komanda yoldaşı Valtteri Bottas (132), üçüncü yerdə S.Fettel (100) gəlirlər. “Mercedes” 294 xalla Konstruktorlar Kubokunda “Ferrari”dən (172) xeyli irəlidədir.Növbəti Formula 1 Qran-Pri mərhələsi iyunun 21-23-də Fransada keçiriləcək.xeber100.com

İspaniya La Liqasının beşinci turunun mərkəzi qarşılaşması keçirilib

Sentyabrın 22-də futbol üzrə İspaniya La Liqasının beşinci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi, İspaniyanın “Sevilya” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Bu dəfə rəqib çempionluğa iddialı “Real Madrid” klubu olub.Təhlükəli hücumlarla bol olan görüşün ilk hissəsində hesab açılmayıb.Fasilədən sonra Madrid təmsilçisi hesabı açmağa nail olub. Dani Karvaxalin cinah ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb. Bu görüşdə yeganə qol olub. Bu qələbədən sonra “Real Madrid” xalların sayını 11-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Sevilya” isə 10 xalla beşinci pilləyə enib.“Real Madrid”in əzəli rəqibi son çempion - “Barselona” səfərdə “Qranada” komandası ilə üz-üzə gəlib.Görüş “Qranada”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu Kataloniya təmsilçisinin cari mövsüm ərizndə ikinci məğlubiyyətidir.Qolları ikinci dəqiqədə Ramon Aziz və 65-ci dəqiqədə Vadilyo vurublar. Beş turdan sonra 10 xal qazanan “Qranada” turnir cədvəlində birinci yerə yüksəlib. “Barselona” isə yeddi xalla yeddinci yerdə qərarlaşıb.La Liqanın digər favoriti “Atletiko Madrid” isə öz meydanında “Selta Viqo” ilə heç-heçə edib - 0:0.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Osasuna” - “Betis” - 0:0, “Villareal” - “Valladolid” - 2:0, “Levante” - “Eybar” - 0:0, “Xetafe” - “Malyorka” - 4:2, “Espanyol” - “Real Sosyedad” - 1:3, “Valensiya” - “Leqanea” - 1:1, “Atletik Bilbao” - “Deportivo Alaves” - 2:0.xeber100.com

Sentyabr 23, 2019 13:31

Şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsində

Sentyabrın 22-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin tay-breyk partiyaları oynanılıb.Azərtac xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov qarşılaşıblar. Tay-breyk partiyasında şahmatçılarımız dörd görüş keçiriblər. Görüşün sonunda Rəcəbov 3,5:2,5 hesabı ilə Məmmədyarovu məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Şahmatçımızın dörddəbir final mərhələsində rəqibi ABŞ təmsilçisi Cefferi Xionq olacaq.Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Sentyabr 22, 2019 22:12

Güləş üzrə dünya çempionatı sona yaxınlaşır

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.Azərtac xəbər verir ki, səkkizinci yarış günündə - sentyabrın 21-də sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.Güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ukraynalı Dmitri Tkaçenko və Qazaxıstan idmançısı Qalinjan Usserbaevi məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimizin növbəti rəqibi slovakiyalı Taymuraz Salkazanov olacaq.Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) çempionata qələbə ilə başlayıb. Minvon Seoya (Koreya Respublikası) qalib gələn güləşçimiz Ukrayna təmsilçisi Valeri Andreytsevi də məğlub edərək dörddəbir finala yüksəlib. Gürcüstan idmançısı Elizbar Odikadzeni üstələyən Ş.Şərifov yarımfinala adlamaqla "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.xeber100.com

Sentyabr 21, 2019 16:24