Oktyabrın 13-də Beynəlxalq Nəqliyyat Forumu keçiriləcək

30 Sentyabr 2019 14:25

Xəbər 60 dəfə oxunub

Oktyabrın 13-14-də Bakıda ilk dəfə Beynəlxalq Nəqliyyat Forumu keçiriləcək.Bu barədə Azərtac-a eksklüziv açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.O bildirib ki, Beynəlxalq Nəqliyyat Forumu dünyanın ən iri nəqliyyat koalisiyasıdır və 57 üzvü var. Azərbaycan bu qurumun həqiqi üzvlərindəndir: “Prezident İlham Əliyev bu ilin avqustun 28-də “Avtomobil nəqliyyatı haqında” Qanuna dəyişikliklər edilməsinə dair tarixi Fərman imzalayıb. Bu Fərmana uyğun olaraq Azərbaycan artıq beynəlxalq sərnişin və yükdaşımalarında Beynəlxalq Nəqliyyat Forumunun keyfiyyət xartiyasına uyğun davranmağı öhdəlik götürüb. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq sərnişin və yükdaşımalarında Beynəlxalq Nəqliyyat Forumunun keyfiyyət xartiyasının tələbləri ilə iştirak edəcək”.“Beynəlxalq Nəqliyyat Forumunun keyfiyyət xartiyasının tələblərinə uyğun fəaliyyət göstərmək bizim daşıyıcıların çoxtərəfli icazələrdən yararlanmasına imkan verəcək. Bu zaman üzv ölkələrin ərazisindən rahat şəkildə tranzit keçid kimi istifadə edə biləcəyik. Beynəlxalq Nəqliyyat Forumunun Bakı sessiyasında 57 ölkədən 100-dək nümayəndə iştirak edəcək. Belə bir forumun Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə çox böyük uğurlara imza atmasının göstəricisidir”, – deyə N.Allahyarova əlavə edib.xeber100.com

OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

Dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.Azərtac xəbər verir ki, toplantıda qlobal neft tədarükü və aşağı tələbat məsələləri müzakirə ediləcək. İclasda OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirləri iştirak edəcək.OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası isə bu gün qapalı keçiriləcək və üzv ölkələrin istehsal kvotalarının monitorinqi məsələsi müzakirə olunacaq.OPEC Nazirlər Şurasının 177-ci iclasında qlobal neft bazarındakı mövcud tədarük bolluğu və aşağı neft tələbatının qiymətləndirilməsi gözlənilir. Görüşdən sonra bəzi nazirlər jurnalistlərin suallarını cavablandıracaq.Dekabrın 6-da isə OPEC və qeyri-OPEC ölkələri (“OPEC plus”) nazirlərinin 7-ci görüşü, sonra isə mətbuat konfransı keçiriləcək. İclasda Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC-in müzakirə edəcəyi ən vacib məsələlər hasilatın azaldılması üzrə müqaviləsinin müddətinin uzadılması və istehsal məhdudiyyətlərinin həcminin artırılması olacaq.Rusiya başda olmaqla qeyri-OPEC ölkələri isə kartelin qərarını dəstəkləyib-dəstəkləməməyi müzakirə edəcək.Xatırladaq ki, ötən ilin dekabrında OPEC-ə üzv ölkələrdə üzrə neft hasilatının gündəlik orta hesabla 800 min barrel azaldılması qərara alınıb, bu həcmin 500 min barreli Səudiyyə Ərəbistanı tərəfindən qarşılanıb.Razılaşmaya əsasən, OPEC-ə daxil olmayan ölkələr isə neft istehsalını sutkada orta hesabla 400 min barrel azaltmağa razı olub və Rusiya bu həcmin 228 min barrelinə cavabdehlik götürüb.Sazişin müddəti bu il iyulun 1-dən 2020-ci ilin birinci rübünün sonunadək uzadılıb.xeber100.com

Dekabr 5, 2019 11:10

“Buta Airways” birbaşa uçuşlar həyata keçirməyə başlayacaq

Loukost aviaşirkəti “Buta Airways” dekabrın 23-dən Bakıdan Ukraynanın Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.Aviaşirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, beləliklə, “Buta Airways”in Ukraynadakı istiqamətlərinin sayı 4-ə çatmış olacaq. “Buta Airways” artıq Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.Lvovu Ukraynanın mədəni paytaxtı adlandırırlar. Qədim Lvov heyrətamiz dərəcədə ahəngdar bir Avropa şəhəridir. Buraya şəhərin mərkəzində gəzmək, muzeylərə baş çəkmək, çoxsaylı küçə musiqiçilərini dinləmək və Qərbi Ukraynanın çox zəngin mədəniyyəti ilə tanış olmaq üçün gəlirlər.Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. "Super" tarifi 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.xeber100.com

Noyabr 29, 2019 13:37

MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək

Dekabrın 6-da Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, iclasda Türkmənistan sədrlik edəcək. İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələri ilə bağlı məsələlərin geniş kompleksi daxildir.Müzakirələrin əsas mövzusu 2030-cu ilə qədər olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyasının layihəsidir. Bu sənəd dünyada cərəyan edən iqtisadi proseslərin dinamikasının, habelə Birlik ölkələrinin inkişaf potensialının təhlili əsasında yaxın onillikdə MDB-nin iqtisadi inkişafının məqsəd və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etməyə yönəlib.Strategiyanın həyata keçirilməsi MDB ölkələrinin iqtisadiyyatının rəqabət qabiliyyətini, vətəndaşların rifahını yüksəltməyə imkan verəcək, dünya təsərrüfat sistemində əlaqələri möhkəmlədəcək.İclasda enerji resurslarının istehsalı və istehlakının proqnozu, dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti konsepsiyası, məhsulların və xidmətlərin keyfiyyəti sahəsində uğurlara görə mükafat uğrunda müsabiqə haqqında əsasnamənin yeni redaksiyasının layihəsi barədə MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi məsələləri nəzərdən keçiriləcək.xeber100.com

Noyabr 28, 2019 11:22

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Bu ilin yanvar-sentyabr aylarında idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər 49,5 faiz, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 33,7 faiz, çay 7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 49,6 faiz, pambıq lifi 47,2 faiz, pambıq ipliyi 38,1 faiz, emal olunmamış alüminium 24,1 faiz, polietilen 2,5 faiz, bentonit gili 17,2 faiz artıb.Təzə tərəvəz ixracı isə 3 faiz, kartof 7,2 faiz, bitki yağları 17,2 faiz, meyvə və tərəvəz konservləri 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 18,7 faiz, qara metallardan yarımfabrikatlar 3,6 faiz, qara metallardan borular 81,9 faiz azalıb.Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər 39,9 faiz, təzə meyvə 2,7 faiz, bitki yağları 6 faiz, kərə yağı, digər süd yağları və pastaları 13 faiz, çay 2,5 faiz, quş əti və onun əlavə məhsulları 9,6 faiz, kartof 23,9 faiz, mal əti 13,2 faiz, təzə tərəvəz 36,3 faiz, minik avtomobilləri 1,9 dəfə, polad prokatı 25,6 faiz, mineral gübrələr 47,6 faiz, hesablama maşınları, blok və qurğuları 35,5 faiz, rezin şinlər 12,7 faiz, mebellər 9,6 faiz, avtobuslar 3,4 dəfə, məişət kondisionerləri 1,6 dəfə, polietilen 27,8 faiz, yük avtomobilləri 3,7 dəfə, paltaryuyan maşınlar 9,3 faiz, qara metallardan künclüklər 13,2 faiz artıb.Siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular 13,6 faiz, qara metallardan çubuqlar 20 faiz, sement və sement klinkerləri 17,8 faiz, məişət soyuducuları 17,1 faiz azalıb.xeber100.com

Noyabr 16, 2019 22:20