“OPEC+” ölkələrində neft hasilatının artacağı proqnozlaşdırılıb

11 Avqust 2023 14:42

Xəbər 105 dəfə oxunub

Bu il “OPEC+” ölkələrində neft hasilatının sutkada 1,5 milyon barel artacağı proqnozlaşdırılıb.

OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, ümumi hasilat sutkada 67,3 milyon barel səviyyəsində olacağı gözlənilir.

Təşkilat proqnoza yenidən baxılmasını Kanada, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricilərin azalması ilə əlaqələndirir. Bu isə Rusiya və ABŞ üçün proqnoz göstəricisinin artımı ilə kompensasiya edilir.

Ötən ay “OPEC+” ölkələrində neft hasilatının gündəlik 1,4 milyon barel artaraq, sutkada 67,1 milyon barel olacağı proqnozlaşdırılırdı.

2023-cü ildə neft hasilatı artımının hərəkətverici qüvvəsi əsasən ABŞ, Norveç, Braziliya, Kanada, Qazaxıstan, Çin və Qayana olacaq. Eyni zamanda, hesabatda ilin qalan dövründə ABŞ-da şist neft hasilatı potensialı və planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyi vurğulanıb.

Həmçinin, OPEC-in hesabatında bildirilib ki, 2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə sutkada 1,4 milyon barel artacağı və ötən aydakı proqnozla müqayisədə gündəlik orta hesabla 68,7 milyon barel olacağı gözlənilir.xeber100.com

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59