“Orfey 2019” beynəlxalq müsabiqə keçiriləcək

15 Avqust 2019 14:24

Xəbər 59 dəfə oxunub

Avqustun 15-dən 17-dək Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Orfey 2019” beynəlxalq müsabiqə keçiriləcək.TASS agentliyi xəbər verir ki, bu barədə Çeçenistanın Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumatda bildirilir ki, festivalın keçirilməsində məqsəd Maqomayevin yaradıcılığının təbliğ olunmasıdır. Müsabiqə yalnız “solo ifa” nominasiyası üzrə keçiriləcək. Yarışma 18-22, 23-27, 28-35 yaş kateqoriyaları arasında təşkil olunacaq. Müsabiqədə ikinci tura adlayacaq iştirakçılar Qran-Pri mükafatı uğrunda yarışacaq.xeber100.com

Dövlət Turizm Agentliyinin məlumatına görə…

Sentyabrın 9-da Azərbaycan Turizm Bürosu Hindistanın böyük şəhərlərində keçirəcəyi silsilə tədbirlərə Yeni Dehli şəhəri ilə start verib.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, tədbirdə Yeni Dehli şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.Tədbir çərçivəsində Yeni Dehli şəhərinin 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə mətbuat konfransı keçirilib.Mətbuat konfransında Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, AZAL-ın icraçı direktorunun müavini, eyni zamanda “Buta Airways”in direktoru Nazim Səmədov iştirak ediblər.Onlar maraq doğuran sualları cavablandırıblar və jurnalistlərə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat veriblər.Azərbaycan və Hindistan arasında tarixi əlaqələrdən danışan Florian Zenqstşmid bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağının gözlənildiyini açıqlayıb.Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Dehli şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində də silsilə təqdimatlar təşkil edəcək.xeber100.com  

Sentyabr 10, 2019 11:51