“Orly” beynəlxalq aeroportu fəaliyyətini bərpa edib

24 İyun 2020 15:08

Xəbər 1060 dəfə oxunub

Fransanın “Orly” beynəlxalq aeroportu COVID-19 pandemiyası ilə əlaqədar yaranan uzun fasilədən sonra bu gün fəaliyyətini qismən bərpa edib.Interfax agentliyi xəbər verir ki, aeroport hələlik reyslərin çox az hissəsini – sutkada 70 uçuş və eniş həyata keçirir. Koronavirusla bağlı böhrandan öncə reyslərin sayı sutkada 600-dən çox olurdu. Hava limanı sutka ərzində 90 minə yaxın sərnişinə xidmət edirdisə, indi bu həcmin yalnız 10 faizi bərpa olunacaq.“Orly” aeroportunun fəaliyyəti martın 31-də koronavirus infeksiyasının yayılması ilə bağlı məhdudiyyətlər çərçivəsində dayandırmışdı.Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 16:30-a olan məlumatına əsasən, dünyada 9 milyon 385 min 295 yoluxma və 480 min 437 ölüm faktı qeydə alınıb, 5 milyon 73 mindən çox xəstə sağalıb.Fransada koronavirusa yoluxanların sayı 161 min nəfəri ötüb, 29 min 720 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicə alan 56 min 676 xəstədən 682 nəfərin vəziyyəti ağır qiymətləndirilir.xeber100.com

İtaliyanın dövlət başçısı ölkə əhalisini vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb

İtaliyanın dövlət başçısı Sercio Mattarella Yeni il münasibətilə televiziya müraciətində italyanları koronavirus pandemiyasına qarşı mübarizədə sıx birləşməyə və koronavirusa qarşı vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.Azərtac xəbər verir ki, 2021-ci ili koronavirus üzərində qələbə və yeni başlanğıc il adlandıran S.Mattarella peyvənd inadkarları və qərarsız insanların bu məsələdə ümumi rifahı nəzərə almalı olduqlarını ifadə edib.Ötən ilin fevral ayında Avropada epidemiyanın ən sürətlə yayıldığı İtaliya əhalisi və iqtisadiyyatına COVID-19 pandemiyası olduqca baha başa gəlib. Ölkədə indiyədək iki milyondan çox insan virusa yoluxub, 74 min insan virusla əlaqəli və ya birbaşa virusun təsirindən həyatını itirib. Pandemiyanın sosial və iqtisadi nəticələri də kifayət qədər ağır olub. Prezident bildirib ki, ölkədə çox sayda iş yerləri bağlanıb, müəssisələr öz gələcəklərinə görə qorxu keçirirlər, insanların gəlirləri azalıb. Ölkə iqtisadiyyatının bir sıra sektorları, xüsusilə turizm pandemiyadan ən çox əziyyət çəkən sahələrdir.Bununla belə, dövlət başçısı pandemiyadan sonrakı dövr üçün mühüm və ümidverici siqnallara da toxunub. Qeyd edilib ki, Avropa İttifaqının yenidənqurma proqramı çərçivəsində İtaliya iqtisadiyyatına ümumilikdə 209 milyard avro yönləndiriləcək və dekabrın sonunda başlayan vaksinasiya kampaniyası tezliklə epidemioloji vəziyyətdə dönüş yarada biləcək. 79 yaşlı dövlət başçısı vurğulayıb ki, ən yaxın zamanda o da özünə koronavirusa qarşı peyvənd vurduracaq və bu addım digər insanların sağlamlığı naminə hər kəsin üzərinə düşən bir cavabdehlik və öhdəlikdir.Pandemiya üzərində qələbənin İtaliya üçün mühüm olduğunu bildirən S.Mattarella bu ölkə həyatındakı mühüm hadisələrə də toxunub. Həmçinin qeyd edilib ki, 2021-ci ildə İtaliya öz tarixində ilk dəfə G20 ölkələrinə sədarəti həyata keçirəcək və bu dövr ölkə iqtisadiyyatının dirçəlişi üçün yeni təkan ola bilər.xeber100.com

Yanvar 1, 2021 21:44