“Paris Sen-Jermen” futbol klubu müdafiəçisi ilə müqavilə imzalayıb

30 İyun 2020 13:57

Xəbər 565 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” futbol klubu müdafiəçisi Levin Kurzava ilə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununadək uzadılıb.Qeyd edək ki, Kurzava koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında 14 matçda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25